Polşa və NATO aviasiyası Ukraynada hava həyəcanı fonunda havaya qaldırılıb


Polşa və NATO aviasiyası Ukraynada hava həyəcanı fonunda havaya qaldırılıb

Ukraynada hava həyəcanı elan edilməsi fonunda Polşa və NATO müttəfiqlərinin aviasiyası döyüş növbətçiliyinə cəlb edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı məlumat yayıb.

Bildirilib ki, Ukrayna ərazisinə zərbələr endirən pilotsuz uçuş aparatlarının aktivliyi ilə əlaqədar Polşa və NATO aviasiyası havaya qaldırılıb.

Məlumata görə, həmçinin yerüstü hava hücumundan müdafiə və radiolokasiya kəşfiyyatı sistemləri ən yüksək hazırlıq vəziyyətinə gətirilib.
Tarix: Bu gün, 22:49
Xəbəri paylaş





Xəbər lenti