Nazir prokurorun general oğlunu rəis təyin etdi - FOTO



Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında yeni Baş İdarə yaradılıb.
 
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, yeni yaradılan qurumun adı Fəaliyyətin təşkili və əlaqələndirmə Baş İdarəsidir.
 
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Mülki Müdafiə Qoşunlarının rəis müavini general-mayor Elçin Şirxan oğlu Adıgözəlov vəzifəsindən azad edilərək, Fəaliyyətin təşkili və əlaqələndirmə Baş İdarəsinin rəisi təyin olunub.
 
Qeyd edək ki, 2020-ci ilin 15 dekabrında Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Elçin Adıgözəlova general-mayor rütbəsi verilib. O, bir sıra rayonlarda prokuror vəzifəsində işləmiş mərhum Şirxan Adıgözəlovun oğludur.
 

 
Tarix: Dünən, 14:25
Xəbəri paylaş





Xəbər lenti