“Evin kvadratı hesablanır, həyətin isə yox” - Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Evinin ümumi sahəsi hesablanır, həyəti isə nəzərə alınmır…
Evi plana düşən paytaxtın Nizami rayon sakini Nurəddin Bağırov belə iddia edir. Dediyinə görə, Əlif Hacıyev küçəsi 12, mənzil 1 ünvanında ona məxsus olan ev plana düşsə də, "Orbita" MTK ona həyətyanı sahəsinə kompensasiya ödəmək istəmir.
Nuradəddin Bağırov MTK tərəfindən ona edilən təkliflə razılaşmadığını deyir.
İddialara aydınlıq gətirən "Orbita" MTK-nın nümayəndəsi Fazil Bağıyev bildirdi ki, Nurəddin Bağırova 121.8 kvadratmetr sahəni əhatə edən mənzil təklif edilib.
Lakin, vətəndaş "Orbita" MTK-dan 2 ayrı 3 otaqlı mənzil tələb edir.
MTK nümayəndəsinin sözlərinə görə, bundan sonra atılacaq addımları məhkəmənin verəcəyi qərar müəyyənləşdirəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.