Adnan Əhmədzadənin şirkəti cərimələndi - TƏFƏRRÜAT



Fövqəladə Hallar Nazirliyi “Grand-Mart” MMC barəsində protokol tərtib edib. 
Buna şirkətin Bərdədə fəaliyyət göstərən “Bolmart” mağazalar şəbəkəsində yanğın təhlükəsizlik qaydalarının pozulması səbəb olub. FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən tərtib olunan protokola Bərdə Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin qərarına əsasən, İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinin tələblərini pozan “Grand-Mart” MMC müvafiq qaydada cərimə olunub. 
Qeyd edək ki, “Grand-Mart” MMC-yə “Megastore”, “Bolmart”, “Grandmart” və “Baqqal” mağazalar şəbəkəsi daxildir. Bu şəbəkələrin hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadəyə məxsus olduğu bildirilir. /Xitab24.az/
Tarix: 7-09-2026, 22:44
Xəbəri paylaş





Xəbər lenti