Nəsiman Yaqublunun namizədliyi-RÖVNƏQ ABDULLAYEVİN “DAİRƏSİ”NDƏN QEYDƏ ALINDI

 
Müsavat Partiyasının daha bir üzvünün namizədliyi qeydə alınıb.
Etikxeber.az-ın xəbərinə, bu, Müsavatın tanınmış simalarından olan Nəsiman Yaqubludur.
N. Yaqublunun namizədliyi Müsavat tərəfindən 24 saylı Nizami I dairəsindən irəli sürülüb.
Namizədliyi də 24 saylı Dairə Seçki Komissiyası (DSK) tərəfindən qeydə alınıb.
Qeyd edək ki, tanınmış ziyalı N. Yaqublu BDU-nun müəllimi, tarix elmləri namizədi, professordur.
Onu da qeyd edək ki, həmin dairədən Yeni Azərbaycan Partiyası (YAP) Mustafayev Elnur Elşad oğlunun namizədliyini irəli sürüb.
Eyni zamanda, həmin  dairəni hazırda YAP-çı deputat-SOCAR-ın prezidenti Rövnəq Abdullayev təmsil edir.
3 dəfə millət vəkili olan R. Abdullayevin namizədliyi bu dəfə YAP tərəfindən irəli sürülməyib.
N. Yaqublu namizədliyinin qeydə alınması ilə bağlı bunları deyib:
“Namizədliyim qeydə alındı. Zəhməti olan bütün dostlara təşəkkürlər!”.
Xatırladaq ki, N. Yaqubludan başqa “Müsavatçı”lardan İsa Qəmbərin, İkram İsrafilin və Nüşabə Sadıxlının namizədliyi təsdiqlənib. 

 Siam.az
Tarix: 11-01-2020, 22:58
Xəbəri paylaş





Xəbər lenti