Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rəşad Kərəmovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 2 il müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilib
İttihama görə, Rəşad Kərəmov üç ayrı epizod üzrə dələduzluq əməlləri törədib. O, iki tanışına tütün məhsullarının şərikli ticarəti ilə məşğul olmaq və birgə gəlir əldə etmək təklifini irəli sürərək onların etibarını qazanıb, daha sonra isə müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirib. Bundan başqa, enerji içkilərinin satışını təşkil etmək adı ilə bir şirkətə məxsus məhsulları götürərək satıb, əldə etdiyi vəsaiti şəxsi ehtiyaclarına xərcləyib.















