
Azərbaycana xarici ölkələrdən 98 milyon 420 min dollar dəyərində 15 min 966,7 ton kərə yağı idxal olunub.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablamaya görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk ayında idxal etdiyimiz kərə yağının miqdarı 17,2% və ya 2 min 341 ton artıb.
Qeyd edək ki, idxal edilən kərə yağının 1 kiloqramının orta gömrük dəyəri 6,16 dollar (10,48 manat) təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə kərə yağının 1 kiloqramının orta gömrük dəyəri 15% və ya 1,1 dollar aşağı düşüb.
Azərbaycan kərə yağını ən çox İrandan idxal edib. Bu ölkədən Azərbaycana 7 min 327,68 ton kərə yağı gətirilib. İkinci yerdə 2 min 570,16 tonla Belarus, üçüncü yerdə isə 2 min 124,2 tonla Yeni Zelandiya qərarlaşıb.
Ən az kərə yağı isə Lüksemburqdan gətirilib. Bu ölkədən cəmi 10 kiloqram kərə yağı idxal olunub.
Azərbaycana idxal edilən kərə yağının ölkələr üzrə miqdarı və 1 kiloqramının gömrük dəyəri (ölkəyə giriş qiyməti) aşağıdakı kimi olub:
İran – 7 327,68 ton (8,83 manat)
Belarus – 2 570,16 ton (9,55 manat)
Yeni Zelandiya – 2 124,2 ton (12,74 manat)
Səudiyyə Ərəbistanı – 1 067 ton (14,97 manat)
Ukrayna – 939,74 ton (10,57 manat)
Finlandiya – 742,45 ton (14,67 manat)
Almaniya – 527,73 ton (10,89 manat)
Fransa – 239,47 ton (13,81 manat)
Belçika – 202,97 ton (11,19 manat)
Polşa – 118,94 ton (10,92 manat)
Litva – 31,8 ton (13,16 manat)
Türkiyə – 28,64 ton (19,20 manat)
Uruqvay – 21,5 ton (11,54 manat)
İtaliya – 20,18 ton (15,49 manat)
Estoniya – 4,2 ton (10,21 manat)
Portuqaliya – 30 kq (11,33 manat)
Lüksemburq – 10 kq (51 manat)
Məlumat üçün bildirək ki, son bir ildə ölkəyə idxal olunan kərə yağının gömrük dəyərində 15% ucuzlaşma qeydə alınsa da, marketlərdə satılan idxal kərə yağının pərakəndə satış qiymətində 1,8% bahalaşma qeydə alınıb. Ötən ilin avqust ayında idxal kərə yağının 1 kiloqramının marketlərdə orta satış qiyməti 24,11 manat olduğu halda, bu ilin avqust ayında 24,54 manata yüksəlib.















