
Təlimdən əvvəl DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari “Nar”ın baş icraçı direktoru Özgür Genci və şirkətin nümayəndələrini mərkəzin fəaliyyəti ilə tanış edib. Görüş çərçivəsində qonaqlar təlim studiyalarında yaradılan şərait və burada həyata keçirilən fəaliyyətlərlə tanış olaraq tədris prosesini izləyiblər.
“Nar” inklüzivliyi fəaliyyətinin əsas istiqamətlərindən biri kimi qəbul edir və həssas qrupdan olan gənclərin rəqəmsal imkanlardan yararlanmasını vacib hesab edir. Şirkət həyata keçirdiyi təşəbbüslərlə rəqəmsal bilik və bacarıqların inkişafına, informasiya və texnologiyalara çıxış imkanlarının genişləndirilməsinə töhfə verir. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə əməkdaşlıq da həssas qruplardan olan uşaqların rəqəmsal dünyaya daha yaxından bələd olması, yeni biliklər qazanması və inkişaf imkanlarının genişlənməsinə dəstək məqsədi daşıyır.
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.