Diaspor liderinin qardaşı da namizəd oldu-101 saylı Göygöl-Daşkəsəndən
Veteninfo.az xəbər verir ki,xeyriyyəçi, Özbəkistan Respublikasında yaşayan azərbaycan diasporasının fəxri sədri, Dünya azərbaycanlılarının Koordinasiya Şurasının üzvü, iş adamı kimi tanınan Mobil Məmmədovun kiçik qardaşı Habil Məmmədov da namizədliyin irəli sürüb.101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən, Parlament seçkilərində namizədliyini irəli sürən Məmmədov Habil Yaqub oğlu artıq rəsmi olaraq qeydə alınıb.
Qeyd edək ,Məmmədov Habil Yaqub oğlu 04.09.1978-ci il tarixdə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikasının Vardenis rayonu) Göyçə mahalının Zod kəndində anadan olub.
1983-cü ildə Göygöl rayonunun Kərəmli kəndinə köçmüş, 1985-1995-ci illərdə Kərəmli kənd məktəbində orta təhsil alıb.
1997-2001-ci il tarixlərdə Özbəkistan Respublikasının Daşkənd Dövlət İqtisadiyyat Universitetinin "Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsini, 2001-2003-cü illərdə həmin universitetin nəzdindəki magistratura pilləsinin "Bank işi” ixtisasını, 2002-2006-ci illərdə Mirzə Uluğbek adına Özbəkistan Milli Universitetinin "Hüquq” fakültəsini, 2009-2010-cu illərdə isə Heydər Əliyev adına Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyasını fərqlənmə ilə bitirib.
Özbəkistan Respublikasında təhsil aldığı müddətdə, diaspor fəalları ilə sıx əlaqədə olmuş, orada oxuyan azərbaycanlı tələbələrin bir araya toplaşmasına təşkilatçılıq etmiş, bu kimi tədbirlərdə aktiv iştirak etmişdir.
2007-2008-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuş, 2008-2018-ci il tarixlərində isə Dövlət Təhlükəsizliyi Xidmətində müxtəlif vəzifələrdə xidmət etmişdir. Hal-hazırda "ŞİRAZLI” MMC-də Hüquqşünas vəzifəsində işləyir.
Rus, ingilis, türk, özbək və erməni dillərində sərbəst danışır. Ailəlidir, iki övladı var.
Qeyd edək ki,x Habil Məmmədov xeyriyyəçi, Özbəkistan Respublikasında yaşayan azərbaycan diasporasının fəxri sədri, Dünya azərbaycanlılarının Koordinasiya Şurasının üzvü, iş adamı kimi tanınan Mobil Məmmədovun kiçik qardaşıdır. Hansı ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən "Tərəqqi” medalı və ilk azərbaycanlı olaraq Özbəkistan Respublikasının mərhum Prezidenti İslam Kərimov tərəfindən "Dostluq” ordeni, hazırkı Prezident Şafkət Mirziyoyev tərəfindən isə Fəxri diplomla təltif olunmuşdur.
Tarix: 11-01-2020, 22:49