Rauf Arifoğlu siması: Əbülfəz Elçibəy və Heydər Əliyev şəxsiyyətinə qarşı-VİDEO


 Həqiqətən də zaman böyük hakimdi və hamıya ədalətli hökm oxuyur. 
Zaman keçdikcə nə qədər pələngin əslində dovşan  olduğu üzə çıxır. Insanların özünə, keçmişinə, əqidəsinə utanmadan xəyanət etdiyini, özünü dünya malına satdığını görürük. Kimisi öz həyatını təhlükə altına atıb haqq uğrunda mübarizə aparır, kimisi də mübarizə aparanları ləkələməklə məşğul olur. Bu baxımdan Rauf Arifoğlu onun personası ilə bağlı deyilən sözləri şəxsi müstəviyə keçirməyə çalışsa da, bu, “şəxsi” məsələ, yaxud “qardaş məsələsi” deyil. Ədalət uğrunda mübarizə nə qədər əbədidirsə, bu mübarizədə qorxub geri çəkilmək də, xəyanət də bir o qədər əbədi və bəşəri mövzulardır, – kiminsə şəxsi işi sayılmaz. Əks düşərgəyə keçdiyinin sübuta yetdiyi an, onun öz yaxasını İlham Əliyevin əlinə verdiyi gün idi. Heç kimə düşməninin qarşısında belə farağat durmaq məşəqqətini arzulamazdıq. Bu, kimsədə rast gələ bilməyəcəyimiz fenomenal bir xüsusiyyətdir. Rauf Arifoğlu Azərbaycan siyasətində Əli Kərimliyə olmazın təhqirlərin yağdırıb, sonradan məhbəsdən onu “qeyrət nümunəsi” adlandıran, İsa Qəmbəri Azərbaycanın tək xilası kimi təbliğ edib sonradan onu Rusiyaya işləmətə qədər ittiham edən, bir deputat mandatına görə İqbal Ağazadə ilə dostluğu danan şəxsdir. Artıq Rauf Arifoğlu maska taxmağa da ehtiyac duymur. Çünki, cırılmış maskadan simanı görmək onsuz da asandır.Əslində bu maskanın altındakını çoxdan görməliydik. XX əsr tariximizin iki böyük dövlət adamı – Əbülfəz Elçibəy və Heydər Əliyevə münasibətdə bu şəxsin xarakteri və siması tam şəkildə bəlli olur. Mərhum prezidentimiz, ümummilli liderimiz Əbülfəz Elçibəyin Rauf Arifoğlu haqda fikirlərinə diqqət edək:“Məsələn “Yeni Müsavat” qəzetini götürək.   Rauf Arifoğlunun uğurdan başı gicəllənib, o bilmir ki, nə edir. Onun axırı yaxşı olmayacaq. O bizə hücumları ilə qəzetinə tiraj gətirdiyini düşünür. Fikir verin “Yeni Müsavat” qəzetinin hər nömrəsində minimum 3-4 yazı mənim əleyhimə olur. Heç iqtidar mətbuatının yazmadığını bu qəzet yazır. Yaxud Nizami Süleymanovun təbliğatı aparılır. Onun dili ilə məni tənqid edirlər. Mən bunu sadəcə kampaniya hesab edirəm. Ancaq bu kampaniyanın heç bir xeyri olmayacaq”. (Əbülfəz Elçibəy:Günaydın qəzeti, 5-6 avqust, 1999-cu il) “Yeni Müsavat” qəzeti mənə qarşı sadəcə hücuma keçmir, həm də mənimlə düşmənçilik edir. “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu düşmənimin mənə demədiklərini yazır. Onun qələmindən çıxan sözdür: “ Bir qocaya qarşı ömrümüzün yarısını keçirdik. Ömrümüzün qalan hissəsini ikinci qocaya qarşı mübarizəyə sərf etmək  istəmirik”. Məsələ çox aydındır ki, bu fikirlər mənə aiddir. Onların nə marağı var ki, qəzetlərində mənim əzik-üzük, əski paltarlardakı şəkillərimi  verirlər. Elə bilirlər ki, bununla mənə zərbə vururlar. Əslində ən böyük zərbəni özlərinə vururlar, qəzetlərini nüfuzdan salırlar”.(Əbülfəz Elçibəy:Ekspress qəzeti, 24-26 iyul, 1999-cu il).Səslənən fikirlər faktdır, arxivdir, istənilən adam tapıb oxuya bilər.  Heydər Əliyevlə bağlı isə R.Arifoğlunun və onun mediasının apardığı xətt hər kəsin yadındadır. Bu gün Avropadakı mühacirlərə siyasi əxlaq dərsi keçən R.Arifoğlu Azərbaycan siyasətinə təhqir və qarşışı gətirən şəxslərdən biridir. Heydər Əliyevin səhhəti və şəxsiyyəti ilə qeyri-əxlaqi ifadələr üzərindən yazılar tirajlayan Raauf Arifoğlunun bu gün İlham Əliyev siyasətinə sədaqətindən danışması Roma Papasının Həcc ziyarətinə getməsi qədər absurd və bayağı görünür.  
 Şahin Əhmədov,

Siam.az      
 
Tarix: 11-01-2020, 09:35
Xəbəri paylaş





Xəbər lenti