Politoloq: “Ankara-Moskva yaxınlığı Qarabağ probleminin həllinə töhfə verə bilər”


 

Bu həftənin ən ciddi hadisələrindən biri yanvarın 8-də İstanbul yaxınlığında Rusiya qazını Türkiyə və Avropaya çatdırmalı olan “Türk axını” boru kəmərinin (“Turk Stream”) açılış mərasiminin keçirilməsi oldu. “Türk axını” layihəsi Rusiyanın Avropanın enerji siyasətinə təsiri baxımından Moskva üçün böyük önəm daşıdığı bəllidir. Rusiyanın və Türkiyənin Avropaya siyasi təsir rıçaqlarının bu layihə vasitəylə genişlənəcəyi bildirilir.

“Türk axını”nın işə düşməsi ilə sözsüz ki, iki supergüc-Türkiyə və Rusiya bir-birinə bir az da bağlanmış oldu. Nəzərə alsaq ki, iqtisadi bağlar həm də siyasi bağların güclənməsinə gətirir, o zaman Ankara və Moskvanın digər sahələrdə, o cümlədən konfliktli məsələlərdə ortaq mövqelər axtarıb tapmaq üçün daha əlverişli zəminin yaranacağını söyləmək olar.

Bəs “Türk axını” kimi böyük müştərək layihələrin gerçəkləşməsi bu iki ölkədən hansını daha çox o birindən asılı vəziyyətə salır?

Politoloq Elxan Şahinoğlu ile ilgili görsel sonucu

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, “Türk axını” layihəsi iqtisadi layihə olmaqla bərabər, həm də bir az siyasi layihədir: “Çünki bu layihə istər-istəməz Türkiyə ilə Rusiyanı siyasi tərəfdən də bir-birinə yaxınlaşdırır. Artıq bundan sonra iki dövlət məcburdur ki, hətta müəyyən problemləri ancaq danışıqlar və qarşılıqlı faydalılıq əsasında həll etsinlər. Üstəgəl, indi Rusiya  Türkiyədə Atom Elektrik Stansiyası tikir. Rusiya prezidenti Putin açılışında bir fikir söylədi ki, bölgədə vəziyyət qarışıqdır, amma Türkiyə-Rusiya bu bölgədə əməkdaşlıq nümunələri göstərirlər. Yəni bundan sonra biz deyə bilərik ki, Rusiya ilə Türkiyə arasında uzun müddət gərginlik olmayacaq. İndi müəyyən məsələlərdə fikir ayrılıqları olsa da ”Türk axını" kimi layihələr diktə edir ki, hər iki tərəf fikir ayrılıqlarını da dialoq şəraitində həll etsinlər. Rusiya ilə Türkiyə hər ikisi bir-birindən asılıdır. Rusiyaya lazımdır ki, Ukraynadan yan keçən qaz marşrutu işləsin və Rusiya qazı Avropaya qaz nəql edilsin. Bu mənada Rusiyanın Türkiyədən asılılığı var. Türkiyə də o mənada Rusiyadan asılı olur ki, özü də bu qazdan faydalanır. Ona görə bu cür layihələr hər iki ölkəni bir-birinə daha çox bağlayır".

Politoloq Əhəd Məmmədli ile ilgili görsel sonucu

Politoloq Əhəd Məmmədli isə bildirdi ki, bərabər hüquqlu tərəfdaşlar arasında adətən birmənalı şəkildə birinin digəri üzərində üstünlüyü və ya asılılığı olmur: “Lakin Türkiyə ilə Rusiyanın hər ikisinin təbii ki, bir-birindən asılılığı var. Türkiyənin rus qazına ehtiyacı var. Tranzit ölkə olaraq böyük paralar qazanacaqlar, müqayisədə ucuz qazla təmin olunacaq. Rusiyanın da öz qazını satmaq, ixrac etmək, böyük paralar qazanmaq yolunda Türkiyə ərazisindən asılılığı yaranır. Həmdə bu ölkələrin regionda üst-üstə düşən maraqları var. Bütün bu sadaladığım və digər nüanslar Türkiyə ilə Rusiyanı bir-birindən daha çox asılı vəziyyətə salır. Ümümilikdə, bu yaxşıdır ya pis? İndiki siyasi aspektdən yanaşsaq, düşünürəm ki, yaxşıdır. Bu, həm də region və Azərbaycan üçün də yaxşıdır. Türkiyə-Rusiya yaxınlığı Qarabağ probleminin həllində müsbət rol oynaya bilər. Azərbaycan Türkiyə rıçaqından istifadə edib Rusiyadan siyasi dividentlər qoparmağa bacarmalıdır”.


Tarix: 11-01-2020, 09:16
Xəbəri paylaş





Xəbər lenti