Türkiyənin Ərciyəs Universitetinin professoru, tanınmış ermənişünas alim, siyasi şərhçi Qafar Çaxmaqlı
Moderator.az-a açıqlamasında Amerika-İran münasibətlərinin müharibə həddinə gəlməsinin ardından Trampın yumşaldıcı bəyanatını şərh edib:
"Mən əslində Amerika- İran gərginliyi ilə bağlı Trampın edəcəyi çıxışı gözləyirdim. Onu dinləyəndən sonra bu qənaətə gəldim ki, ABŞ-ın İranla bağlı açıq savaşa girmək fikri yoxdur və Tramp çıxışında çox sərt cümlələrdən istifadə etmədi, əksinə, İranı "ağılllı olmağa" çağırdı. Bu, əslində əməkdaşlıq və yenidən masaya oturmaq üçün dəvət deməkdir. Amerika onsuz da İranı sanksiyalarla diz çökdürür və bunun davam edəcəyi də bu çıxışdan bilindi. Müharibəyə nə gərək var, onsuz da İran belə diz çokdürülür. İranın bu durumda nə edəcəyi maraq doğurur. İran boş Amerika bazalarına atdığı raketlərlə öz xalqına yönəlik siyasi gediş etdi. Yəni Amerikanı "vurmaq qabiliyyəti" olduğunu nümayiş etdirdi. Bu günkü halda İran və Amerika arasında olan gərginliyin azalması fonunda bir razılaşmanın olduğunu qənaəti də ortaya qoyuldu. İstanbulda Putin - Ərdoğan zirvəsində də İran və ABŞ arasında gərginliyin azalması üçün edilən çağırışlar da əslində qarşıduran tərəflərin ürəyindən oldu. Çox yaxın zamanlarda olmasa da İranın Amerika ilə masaya oturmaq məcburiyyəti var. İran Amerikanı bu bölgədən çıxara bilməz, amma edilən təhdidlər, özəlliklə İsraillə bağlı narahatlıq bu gərginliyin yumşamasına səbəb oldu. Bu gərginliyin böyüyüb yeni dağıdıcı müharibəyə çevrilməsi ehtimalları azdır. Ən azından ona görə ki, qarşıduran tərəflər bunun zərərli sonuclar verəcəyini anladılar. Gərginliyin artaraq dağıdıcı müharibəyə çevrilməsini istəyən qüvvələrin olduğunu da anladılar. Ukraynaya aid təyyarənin qəzaya uğraması ilə bağlı müəmmalar müəyyən gizli məqsədlərin olduğunu ortaya qoyur".
Siam.az