"Böyük müharibənin nə ilə nəticələnəcəyini tərəflər, xüsusən də İran yaxşı bilir..."


“Böyük bir hərbi toqquşmadan sonra danışıqlar masasına oturulmazsa, müharibə ehtimalı ola bilər...”



“Böyük müharibənin nəylə nəticələnəcəyini tərəflər, xüsusən də İran tərəfi yaxşı bilir. Ona görə də hansısa mərhələdə diplomatiyanın işə düşəcəyini də nəzərdən qaçırmamaq lazımdır”

Bunu Moderator.az-a açıqlamasında politoloq Sülhəddin Əkbər son zamanlar gərginləşən İran-ABŞ münasibətləri haqda danışarkən deyib. Politoloqun sözlərinə görə, danışıqlar masasına oturulmazsa, böyük müharibənin baş vermə ehtimalı yüksəkdir:

“İndi bütün dünya ABŞ-İran münasibətləri haqda düşünür və təbii ki, regionda böyük müharibənin olmasıyla bağlı dəqiq proqnoz vermək çətindir. Amma gərginliyin artdığı bir vaxtda yeni bir münaqişə ocağının yaranacağı artıq görünür. Böyük müharibənin nəylə nəticələnəcəyini tərəflər, xüsusən də İran tərəfi yaxşı bilir. Ona görə də hansısa mərhələdə diplomatiyanın işə düşəcəyini də nəzərdən qaçırmamaq lazımdır. Çünki böyük müharibənin olmasında maraqlı olmayan Rusiya, Çin kimi ölkələr də var. Amma istənilən halda bir münaqişənin yaranacağı ehtimalı getdikcə artır. Bu toqquşmalardan sonra danışıqlar masasına oturulacaq, yoxsa hadisənin inkişafına aparıb çıxaracaq, bunu indidən söyləmək çətindir. Amma istənilən halda vəziyyət gərgindir. Böyük bir hərbi toqquşmadan sonra danışıqlar masasına oturulmazsa, müharibə ehtimalı ola bilər”.


Tarix: 8-01-2020, 16:47
Xəbəri paylaş





Xəbər lenti