“Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədov qəzətə məxsus saytda (Hurriyyet.org) Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun adından gedən yazını təxribat adlandırıb.
V.Məmmədov Pravda.az-a açıqlamasında deyib ki, sayt haker hücumuna məruz qalıb.
O bildirib ki, bununla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edilib: “Hazırda araşdırma aparılır. Sərdar Cəlaloğlunun adından saytda gedən yazı həqiqəti əks etdirmir, ADP sədri belə açıqlama verməyib. O yazı sayta bizim nəzarətimizdən kənar yerləşdirilib”.
Xatırlatma: Hurriyyet.org saytında Sərdar Cəlaloğlunun adından yazılıb ki, partiya sədri Azərbaycan Prezidentinin sabiq köməkçisi Əli Həsənovdan tapşırıq alırmış.
Qeyd: qəzetin baş redaktoru ADP sədri Sərdar Cəlaloğlunun bacısı oğludur.
Cebhe.info