“Dünya tramplaşır…” – MİLLƏT VƏKİLİ

 Belə görünür ki, indən sonra dünyada ən qəhət və elə həm də ən qiymətli şey sabitlik olacaq. ABŞ-ın başqa bir ölkənin silahlı qüvvələrini öncə terror qruplaşması adlandırıb ardından da onun başında duranlardan ən tanınmışını qətlə yetirməsi və gələcəkdə də belə bir addımın atıla biləcəyi xəbərdarlığını etməsi onu göstərir ki, beynəlxalq konyukturadakı turbulentlik təkcə davamlı yox, həm də dayanıqlı şəkil alır.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, politoloq Sahib Alıyev deyib.

“Mən “Panoram” verilişində ötən ilin yekunlarını qiymətləndirərkən də demişdim, beynəlxalq münasibət getdikcə beynəlxalq münasibətsizliklə əvəzlənir”-deyən millət vəkilinin fikrincə, bir sözlə, dünya tramplaşır.
 
“Yəni dövlətlər, özəlliklə də böyük dövlətlər beynəlxalq hüquq və norma çərçivəsində deyil, öz gücünün diqtə etdiyi reallıqlara dayanaraq hərəkət edirlər.
Ona görə də hər bir azərbaycanlı ölkəmizdəki sabitliyin qədrini və qiymətini bilməli, onun hansı zəhmət, bacarıq hesabına əldə olunduğunu dərk etməli, anlamalıdır ki, fərd olaraq bizim hər birimizin dəyərimiz ilk növbədə dövlətimizin qüdrətiylə ölçülür…”-deyə, o, sözlərinə əlavə edib.

Siam.az
Tarix: 6-01-2020, 23:57
Xəbəri paylaş





Xəbər lenti