ABŞ-ın son riskli hərbi əməliyyatları Yaxın Şərqdə gərginliyi artırır, Çin ABŞ-ı hərbi gücdən sui-istifadə etməməyə çağırır.
Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, bunu bazar ertəsi Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Gen Şuanq İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" qüvvələrinin xüsusi təyinatlı komandiri, general Qasım Süleymaninin öldürülməsindən sonra regionda vəziyyətin kəskinləşməsini şərh edərkən deyib.
XİN-in təmsilçisi bildirib ki, Çin beynəlxalq münasibətlərdə hərbi gücün tətbiqinə qarşıdır: "ABŞ-ı və müvafiq tərəfləri güc tətbiq etməməyə, eskalasiyanın daha da artmaması və toqquşmanın intensivləşməsinin qarşısını almaq üçün təmkinli olmağa çağırırıq. Ziddiyyətləri azaltmaq üçün dialoq və məsləhətləşmələrin aparılması istiqamətində ən qısa müddətdə tədbirlər görmək vacibdir.
Yaxın Şərq və Körfəz regionunda vəziyyətin tədricən pisləşməsi tərəflərin heç birinin maraqlarına uyğun deyil”.
Çin diplomatı əlavə edib ki, hərbi vasitələrdən istifadə edərək və maksimum təzyiq göstərmək siyasəti yürüdərək nəyəsə nail olmaq mümkünsüzdür.