“İran Yaxın Şərqdəki ABŞ qüvvələrinə qarşı geniş partizan hücum kampaniyası planlaşdırır”.
Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, bu fikri “12-ci” İsrail kanalının ərəb məsələləri üzrə icmalçısı Ehud Yaari söyləyib.
Yəhudi analitikin sözlərinə görə, İranın Yaxın Şərqdəki Amerika qüvvələrinə qarşı partizan hücumları ABŞ-ın bölgədəki mövcudluğunu mümkünsüz edəcəkdir.
Siyasi icmalçı İranın yeni strategiyasına dəlalət edən əsas siqnalı “Hizbullah” lideri Həsən Nəsrullahın şiə yaraqlılarını ABŞ hərbi bazalarına hücuma çağıran çıxışı olduğunu bildirib.
Sultan Laçın