Amerika ilə İran arasında terror savaşı başlaya bilər- Azərbaycan nə etməlidir?

 
"İranın əfsanəvi generalı İnqilab Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Əl-Qüds” briqadasının komandiri, Qasım Süleymaninin Bağdadda öldürülməsi bölgədə vəziyyəti gərginləşdirəcək. 3 gün əvvəl yazdığım statusda Amerika ilə İranın İraq ərazisində savaşdığını yazmışdım. Amerika İraqda İranın dəstəklədiyi Hizbullahın mövqelərini bombaladı, ardından Amerikanın Bağdaddakı səfirliyinə hücum təşkil edildi."
 
Miq.Az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu yaxın şərqdə gərginləşən vəziyyətə münasibət bildirərkən qeyd edib:

"Vaşqinqton səfirliyə hücumun arxasında İranın dayandığını iddia edir. Məsələ burasındadır ki, bir müddət əvvəl də İranın İraqdakı konsulluğuna hücum edilmişdi. İran da konsulluğa hücumun arxasında Amerikanın dayandığını iddia etdi. Amerika elə Süleymanini də məhz ona görə Bağdadda raket zərbəsi ilə öldürdü ki, hamıya göstərsin ki, elə Amerika səfirliyinə hücumun planını Bağdadda olan Süleymani planlaşdırıb. Süleymani həqiqətən İranın İraq və Suriyadakı hərbi birləşmələrini və silahlı tərəfdar qruplarını idarə edirdi.
Tehran intiqam sözü verir. Terror savaşı başlaya bilər. İranın Amerikaya birbaşa əli çatmır. Ancaq Tehran İraqda, Livanda və ya hansısa digər ərəb ölkəsində tərəfdarları vasitəsilə Amerikanın məntəqəsinə hücum təşkil edə bilər. Qasim Süleymani İran üçün böyük fiqur idi. O birbaşa İranın dini liderinə bağlı general idi. Hətta deyilirdi ki, Süleymani hərbi mundirini nə zamansa siyasətçi qiyafəsinə dəyişsə asanlıqla İranın prezidenti seçilə bilərdi. Belə bir firuqurun öldürülməsini Tehran cavabsız qoymayacaq. Ancaq mümkün cavabı da Amerika cavabsız qoymayacaq və beləcə bölgədə nələrin baş verəcəyini proqnozlaşdırmaq çətin deyil. Amerika Süleymanini öldürməklə Tehrana mesaj yolladı ki, İraqda və Suriyada hərbi birləşmələriniz hədəfimizdədir. Növbəti gedişi İran edəcək.

Elxan Şahinoğlu Amerika ilə İran arasında terror savaşının başlayacağı təqdirdə  Azərbaycan nə etməlidir sualına belə cavab verir: 

"Azərbaycanda təhlükəsəzilik tədbirlərini gücləndirməyə ehtiyac var. Bizim həm İranla, həm də Amerika ilə yaxşı münasibətlərimiz var. Ancaq əgər bu iki ölkə bir-birlərinə qarşı fərqli məkanlarda savaşa başlayıblarsa, bu ətrafa da sıçraya bilər."

Siam.az
Tarix: 3-01-2020, 14:19
Xəbəri paylaş





Xəbər lenti