Rauf Arifoğlu statusu: İqbal Ağazadənin dostluğundan Araz Əlizadənin yanınadək
Xətai rayon 35 saylı üçüncü seçki dairəsində sürprizlər davam edir. Bir tərəfdə Ümid partiyasının sədri İqbal Ağazadənin seçki təbliğatına hazırlıq işləri, digər tərəfdə “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun pafos və ritorika dolu təbliğat maşını. Həm də bu maşın hər gün dünəni təkzib edərək işləyir. Rauf Arifoğunun ilk seçki mesajından bəzi sitatalar. Dekabrın 22-də o yazır: “”Dəyərli dostlar.Bu gün seçki hüququmdan istifadə edərək, 35 saylı Xətai 3-cü seçki dairəsindən deputatlığa namizədliyimi irəli sürdüm. Bunun üçün lazım olan sənədləri səlahiyyətli nümayəndəm DSK-ya təqdim etdik.– Niyə Xətai, niyə 35?– Bu dairə kimindir? Passiv seçki hüququ olan hər bir Azərbaycan vətəndaşının, indiki deputat Araz Əlizadənin, dostum İqbal Ağazadənin, yoxsa mənim?”Bu statusda R.Arifoğlunun “dostum İqbal Ağazadə” ifadəsini xüsusi olaraq yadda saxlayaq və media rəhbərinin seçki qərərgahının rəhbərinin cəmi 7 gün sonra “Yeni Müsavat”a açıqlamasından bir hissəyə diqqət yetirək: “Bəzi insanlar bu iki namizəd (söhbət R.Arifoğlu və digər namizəd İqbal Ağazadədən gedir-müəl.) arasındakı özəl münasibətləri bilməyərəkdən münasibət bildirirlər. Mən bu məsələyə qarışmamaq şərti ilə demək istəyirəm ki, öz dostu ilə eyni dairədən namizəd olan şəxsin qərargah rəisi olmaram. Mən bu sualı Rauf bəyə verib, dəqiqləşdirmişəm. Onun cavabı bu olub ki, son iki ildir onların dostluğu bitib. O, eyni zamanda "Xəmsə" restoranında keçirilən tədbir zamanı da bildirdi ki, mən dostumun olduğu dairədən namizədliyimi verməmişəm, orada dostum olsaydı, bu addımı atmazdım. Mən namizədliyimi verəndə o dairədə dostum olmayıb”. Maraqlıdır hansı Rauf Arifoğlu həqiqəti deyib: İqbal Ağazadəyə dostum deyən, yoxsa mənim orda dostum yoxdur deyən? Facebok ictimaiyyətinə bir söz, yaxın ətrafa başqa bir söz deməyin adı nədir? Həm də təzad, təkzibçilik bununla bitmir. Dekabrın 22-dəki məlum statusunda R.Arifoğlu daha sonra yazır: “Arifoğlu gəldi, Əlizadə gedəcəkmi, parlament əlizadəçilik utancından qurtulacaqmı?” Hətta “Yeni Müsavat” bu müraciət dərc edərkən başlığı belə təqdim etmişdi: “Rauf Arifoğlu Milli Məclisə seçkilərdə iştirak edəcəyini bildirdi: "Əlizadəçilik bitdi". İndi isə biz deyək: Bitmədi, bəylər, Əlizadəçilik bitmədi. İqbal Ağazadə ilə dostluğunu danan, yaxud imtina edən Rauf Arifoğluna dəstək elə Araz Əlizadədən gəlməliydi və gəldi də. Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, beşinci çağırış Milli Məclisin deputatı Araz Əlizadə 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcəyini bildirərək Rauf Arifoğlunun deputat olmasını istədiyini açıqlayıb. Maraqlıdır ki, Eldar Sabiroğlunun bir yazısına cavablar həsr edən R.Arifoğlu Araz Əlizadənin dəstəyindən razı qalmış kimi görünür. Əlizadəçilik bitməyib demək. İqbal Ağazadə bu dəfə də milli dəyərləri aşağılayan bir ideologiya ilə mübarizə aparacaq. Xətai rayon 35 saylı üçüncü seçki dairəsində Əlizadəçiliyə seçicilər son qon qoyacaq!
Şahin Əhmədov, Siam.az
Tarix: 3-01-2020, 10:39