Vahid Əhmədovun namizədliyi qeydə alındı-6-CI DƏFƏ DEPUTATLIQ UĞRUNDA MÜBARİZƏ APARACAQ
Bitərəf millət vəkili və 52 saylı Quba dairəsindən növbəti dəfə seçkilərə qatılan Vahid Əhmədovun namizədliyi qeydə alınıb.Bu haqda
Etikxeber.az-a açıqlamasında millət vəkili özü bildirib.
Bildirib ki, namizədliyi hələ bir neçə gün öncə 52 saylı Dairə Seçki Komissiyası (DSK) tərəfindən qeydə alınıb.
Qeyd edək ki, sabiq birinci vitse-premyer V.Əhmədov artıq 6-cı dəfədir seçkilərə qatılır.
O, ilk dəfə sovetlər dönəmində (1990-ci ildə) deputat olub və məşhur “43-lər”dən-“İstiqlalçı” millət vəkillərindən biri kimi tarixə düşüb.İkinci dəfə-1995-ci ildə birinci çağırış Milli Məclisə (MM) seçkilərə qatılsa da, parlamentə düşə bilməyib.
2005-ci ildə “YES” blokunun namizədi kimi 3-cü çağırış seçkilərə qatılıb və ikinci dəfə millət vəkili seçilib.
Həmçinin, 4-cü və sonuncu-5-ci çağırış seçkilərdə seçkilərə qatılıb və MM-in üzvü seçilib.
MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də, Təbii ehtiyatlar, ekologiya və energetika komitələrinin üzvüdür.“Təhsil kreditləri haqqında” qanun layihəsinin müəlliflərindən, parlamentin fəal üzvlərindəndir.
Hazırda da təmsil etdiyi dairədən seçkilərə qatılıb və namizəd kimi qeydə alınıb.Siam.az
Tarix: 2-01-2020, 21:23