Seçki prosesində yeni gəlişmələr

 

Deputat olmaqdan imtina edənlər və imzaları təhvil verənlər var

9 fevralda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı cəmiyyətdə kifayət qədər aktivlik yaranıb. Xüsusilə hakim Yeni Azərbaycan Partiyasının ötən həftənin cümə günü namizədlərini açıqlaması seçkiyə başqa bir rəng qatıb. YAP-ın siyahısı açıqlanana qədər gözləmə mövqeyində olanlar iddialarını bir-birilərinin ardınca açıqlayırlar.

Beşinci çağırış Milli Məclisin bitərəf deputatı olan Rasim Musabəyov və Səttar Möhbalıyev da yenidən deputat olmaq istəyirlər.

Modern.az xəbər verir ki, Rasim Musabəyov 18 saylı Nərimanov-Nizami seçki dairəsindən, Səttar Möhbalıyev isə 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsindən namizədliklərini irəli sürüblər.

Dairə seçki komissiyalarından bildiriblər ki, həmin şəxlər namizədliklərini yeni irəli sürüblər.

Digər iki bitərəf deputatın isə yenidən mandat sahibi olmaqdan vaz keçdikləri məlumat olub.

Belə ki, 93 saylı Bərdə şəhər seçki dairəsindən Modern.az-a verilən məlumata görə, bir nəfərin namizədliyi qeydə alınıb: “Hazırda həmin dairədən 9 nəfər namizədliyini irəli sürüb. Onlardan bir nəfərin namizədliyi qeydə alınıb. O da Baxşəliyev Ərəstun Əli oğludur”.

Dairədən o da bildirilib ki, namizədliyini irəli sürənlər arasında beşinci çağırış Milli Məclisin deputatı olan Gövhər Baxşəliyevanın adı yoxdur: “Gövhər Baxşəliyeva hələ ki namizədliyini irəli sürməyib”.

59 saylı Salyan seçki dairəsindən isə bildirilib ki, beşinci çağırış Milli Məclisin deputatı olan Əliağa Hüseynov namizədliyini irəli sürənlər arasında deyil: “Əliağa Hüseynov budəfəki seçkilərdə iştirak etmir”.

Namizədliyi 107 saylı Qazax seçki dairəsindən irəli sürülən hazırkı deputat Səməd Seyidovun sosial şəbəkə hesabında etdiyi son paylaşım xüsusi diqqət çəkməklə yanaşı, müzakirələrə səbəb olub. O, namizədliyinə şeir həsr edib.

Səməd Seyidov sosial şəbəkə hesabında maraqlı paylaşım edib.

Səməd Seyidov ile ilgili görsel sonucu

Qatar gedir, zaman ötür,

Qazax tərzdə dönür ömür,

Doğma diyar səsləyəndə,

Könül dildən şeir tökür...

Modern.az saytı Səməd Seyidovla əlaqə saxlayıb. O, sayta açıqlamasında Qazağa gedərkən paylaşdığı şeirlə bağlı bunları deyib:

 “Əslim, nəslim Qazax rayonundandır. Ulu babam, babam birbaşa bu diyarla bağlı olan insanlardır. Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyimin Qazax rayonundan irəli sürülməsi mənim üçün şərəfdir. Hesab edirəm ki, mənə göstərilən etimadı mütləq məsuliyyətlə yerinə yetirməliyik”.  

 YAP namizədinin sözlərinə görə, paylaşımda qeyri-adi məsələ yoxdur:

“Qazax mahalı ziyalıları, alimləri, incəsənət xadimləri, şairləri ilə məşhurdur. Əsas məsələ o deyil ki, fikirlərinizi şeir, nəsr formasında izah edin. Əsas odur ki, fikirlər xalqın istəyini əks etdirə bilsin. Ona görə ki, xalqın fikirləri hər bir millət üçün əsas fəlsəfəni təşkil edir. Daha yaxşı olar ki, millət vəkilləri fikirlərini təmsil etdikləri insanların ruhuna, həyat tərzinə, düşüncəsinə uyğun formada əks etdirsinlər. Burada qeyri-adi məsələ yoxdur. Bu haqda xeyli kitablar da yazmışam. Şeirlərim də müxtəlif dillərə tərcümə olunub. Bu nöqteyi-nəzərdən paylaşımda qeyri-adi nəsə görmürəm. Hər bir halda ürəkdən gələn sözlərdir. Ürəkdən gələn sözlər isə həmişə insanlar üçün xoş olur”.

“Azərbaycanda 2020-ci il fevralın 9-da təyin edilmiş parlament seçkilərində iştirakla bağlı 3 siyasi partiya namizəd irəli sürməyib”.

zahir Pənahov ile ilgili görsel sonucu

Bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın dekabrın 28-də keçirilən iclasında deyib.

Bir sıra müxalif namizədlərin, eləcə də onların rəhbəri olduqları partiyaların seçki hazırlıqları ilə maraqlandıq.

AĞ Partiya başqanı Tural Abbaslı ile ilgili görsel sonucu

AĞ Partiya başqanı Tural Abbaslı bunları dedi: “15-dən artıq partiyanın namizədi var. Onlar sənədlərini dairə seçki komissiyalarına təqdim ediblər. Bəziləri imza vərəqələrini götürüblər. İmza vərəqlərini gözləyənlər də var. Artıq 3 namizəd imzaları toplayıb. Yeni namizədlərin olma ehtimalları da var. İmza toplamada və DSK-larda elə də ciddi problemlər yaşamırıq. Əsas problemlər Beynəlxalq Bankın filiallarında olur. Problemləri həll etməyə çalışırıq. Mənim özüm də imza vərəqələrini götürmüşəm. Tələsmədən toplayırıq. Yaxın günlərdə çox güman ki, prosesi bitirəcəyik”.

Diqqət mərkəzində olan dairələrdən biri 9 saylı Binəqədi dairəsidir. Burada iki namizəd diqqət çəkir. Onlar vaxtilə AMİP rəhbərliyində təmsil olunan və hazırda partiyanın katibi olan Əli Orucov və Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevdir.

Elşad Musayev ile ilgili görsel sonucu

E.Musayev imza vərəqələrini artıq təhvil verib: “İmza vərəqələrini artıq 5 gündür ki, təhvil vermişik. Qanuna əsasən 2 gün ərzində namizədliyin qeydə alınıb, alınmaması barədə DSK qərar verməlidir. Belə hazırlıq işlərimiz qaydasındadır. Xeyli təbii, süni namizədlər irəli sürülüb. Real səslərin qazanılmasına əminik və bu dairənin şəksiz favoritinin də Elşad Musayev olduğunu bilirik. Hakim partiya təmsilçilərinin də bu dairədə yalnız bizdən çəkindiklərini çox yaxşı bilirik. Heç nəyə baxmadan bu dairədə maraqlı seçki kampaniyası aparmaq niyyətindəyik”.

Ə.Orucov ile ilgili görsel sonucu

Ə.Orucov da imza vərəqələrini artıq təhvil verib: “Namizədlərin imza toplaması mərhələsi davam edir. Mən artıq imzaları toplamışam və namizəd olduğum dairəyə təqdim etmişəm. AMİP-in regionlardan da iddiaçıları var. Onlar da imzaları artıq təqdim ediblər. Hər halda, proses gedir. Yaxın günlər ərzində seçkilərin birinci mərhələsini yekunlaşdıracağıq”./“Yeni Müsavat”/


Tarix: 31-12-2019, 10:38
Xəbəri paylaş





Xəbər lenti