““Özünü buraxanlar”ın çoxu qurbanlıq kimi nəzərdə tutulub”
“YAP-ın namizədi olmaq hələ hakimiyyətin namizədi olmaq demək deyil”. “Yeni Sabah” xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli deyib. YAP-ın deputatlığa namizədlər siyahısını şərh edən Ş. Cəfərli hesb edir ki, seçki kampaniyası başladıqdan sonra adminresursun kimlərə yönələcəyinə baxmaq lazımdir. Onun fikrincə əsas göstərici budur:
“Ötən seçkilərdə YAP-ın siyahısından 74 nəfər mandat almışdı. İndi bundan az olacaq. "Özünüburaxanlar fraksiyası"nın namizədlərinin çoxu qurbanlıq kimi nəzərdə tutulub.
İqtidarın dəstəklədiyi (yaxud iqtidarı dəstəkləyən) "bitərəflər" bu dəfə kəmiyyət və keyfiyyət baxımından əvvəlkindən daha üstün qüvvə kimi nəzərə çarpacaq.
Görünən odur ki, Milli Məclisin tərkibinin təxminən üçdə ikisi yenilənəcək. Bu yenilənmənin demokratik mübarizə, azad rəqabət şəraitində gerçəkləşməsi hazırkı mərhələdə arzu olaraq qalacaq. Amma yeni Milli Məclisin siyasi tariximizə keçid dönəmi parlamenti kimi düşəcəyi və növbəti, bundan sonrakı seçkilərin ATƏT standartlarına daha uyğun şəkildə keçiriləcəyinə ümidliyəm”.
Siam.az
Tarix: 28-12-2019, 09:06