İqbal Ağazaə xarizması və Rauf Arifoğlunun uğursuzluqla başlayan seçki marafonu

   Dekabr ayının 26-da "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoglunun 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən parlament seçkilərinə qatılması və seçki qərargahının yaradılması ilə bağlı iclas keçirilib. Bununla bağlı R.Arifoğlunun rəhbəri olduğu Musavat.com saytı məlumat verib. Saytın məlumatına görə “tədbirdə tanınmış ictimai-siyasi xadimlər, Media Qrupunun əməkdaşları ilə yanaşı, Xətai rayon sakinləri də iştirak ediblər”. Rauf Arifoğlu milli azadlıq hərəkatının ilk günlərindən meydanda olan, 30 ildir ölkənin ən tirajlı media orqanlarından birinə rəhbərlik edən bir şəxsdir. Keçdiyi yol və ictimai-siyasi titulları onun parlament seçkilərinə qatılması və seçki qərargahının yaradılması ilə bağlı tədbirin çəkisinə və gücünə görə ölkəni silkələyən bir hadisə olmasıni şərtləndirirdi. Amma……Siyasi sferadan tədbirdə sabiq baş nazir Pənah Hüseyn və VİP sədri Əli Əliyevdən baçqa kimsə yox idi. Halbuki, ölkənin siyasi sferasında hər kəs “Yeni Müsavat”la dost durumunda qalaraq bu tribunadan təbliğini istəyər…… Media camiəsindən uğursuz millət vəkili olan qalmaqallı teleaparıcı Etibar Hüseynov və eyni reputasiyalı Turan İbrahimovdan başqa yalnız "Yeni Müsavat" Media Qrupunun əməkdaşları gözə dəyirdi…  Halbuki, “Yeni Müsavat” gücünə və təsirinə görə bütün ölkə mediasını bura cəlb edə bilərdi…… Tədbir ictimai xadim və ziyalılar baxımdan da kasad görünürdü. Halbu ki, bu kəsimin də hər zaman “Yeni Müsavat”a və Rauf Arifoğluna ehtiyacı olub…Bir sözlə, ölkənin bir nömrəli media ruporunun bir nömrəli yazarının ən mühüm hədəfinə doğru yolunun başlanğıcı sönüklüyü və uğursuzluğu ilə yadda qaldı. Bəs niyə? Rauf bəy bilərəkdən bütün gücünü və nüfuzunu bu tədbirə yönəltməyib? Xeyr. Onu tanıyanlar bilir ki, o ən xırda işi belə ən yüksək səviyyədə hazırlayıb ortaya çıxarmaq iddiasındadır. Foto görüntülərdə heç cür gizlədilə bilməyən boş masalar da tədbirin daha böyük və çəkili bir şəkildə planlaşdırıldığından xəbər verir. Bəs nə baş verib? Bizcə bu sualın əsas cavabı Rauf Arifoğlunun qatıldığı seçki mübarizəsində dostu və məhbəs yoldaşı İqbal Ağazadəyə rəqib olmasıdır. Bəli, məhz onun rəqib olması. Baş verənlərin real ifadəsi budur. Çünki hər kəsin primitiv ifadə etsək “İqbal Ağazadənin dairəsi” kimi tanıdığı 35 saylı Xətai Üçüncü Seçki Dairəsinə o gəlib və İqbal Ağazadənin artıq imza topladığı bir zamanda. Belə məsələlər Azərbaycan cəmiyyətində asan həzm olunmur. İctimai və siyasi kəsim isə artıq R.Arifoğlunun bu dairədəki missiyasını anlamaqdadır və heç kim nəticə olaraq  İqbal Ağazadəyə qarşı yönələn bu oyunun iştirakçısı kimi görünmək istəmir.      
 Şahin Əhmədov  
Siam.az
Tarix: 27-12-2019, 15:24
Xəbəri paylaş





Xəbər lenti