SƏMƏD SEYİDOV QAZAXA GÖNDƏRİLİR – YAP onun dairəsini dəyişir
Xəbər verdiyimiz kimi, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin parlament seçkilərinə hansı dairədən qatılacağı məlum olub.O, bu dəfə Bakıdan – 36 saylı Xətai dördüncü Seçki Dairəsindən namizədliyini irəli sürüb.
Q.Həsənquliyevin 36 saylı dairəni seçməsi hazırda bu dairənin deputatı olan Səməd Seyidovla bağlı bəzi suallar doğurub:
Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin rəhbəri ümumiyyətlə seçkiyə qatılmır, ya dairəsini dəyişəcək?Bu suallar ona görə aktuallaşır ki, YAP, adətən BAXCP sədrinin qarşısına prinsipial namizəd çıxarmır.
“AzPolitika.info”-ya daxil olan məlumata görə, S.Seyidov seçkilərə qatılacaq, amma başqa bir dairədən.
Gözlənilir ki, YAP onun namizədliyini ya 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsindən, ya da 107 saylı Qazax Seçki Dairəsindən irəli sürəcək.Hazırda bu dairələri müvafiq olaraq
Ülviyyə Ağayeva və Kamran Nəbizadə təmsil edirlər.
Tarix: 26-12-2019, 13:43