Rauf Arifoğlu İqbal Ağazadəyə rəqib olacaq
Növbədənkənar parlament seçkiləri yaxınlaşdıqca iddialıların sayı artır. Xüsusilə media sahəsində çalışanların 9 fevral 2020-ci ildə keçiriləcək seçkilərə marağı böyükdür. Artıq media cameəsinin bir neçə tanınmış siması seçkilərə qatılacağını bəyan edib.
Siam.az-ın məlumatına görə, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu da növbədənkənar seçkilərdə namizəd kimi iştirak etmək niyyətindədir. O, namizədliyini 35 saylı Xətai seçki dairəsindən irəli sürəcək. Bu dairədən "Ümid" Partiyasının sədri İqbal Ağazadə də namizəddir. Beləliklə, növbədənkənar parlament seçkilərində partiya sədri ilə baş redaktor arasında gərgin mübarizənin şahidi olacağıq.
Siam.az
Tarix: 22-12-2019, 16:18