“Qarabağ danışıqlarının qeyri-rəsmi gündəmi var- bu, gizli saxlanılır...”


“Gerçək Ermənistan-Azərbaycan  münasibətləri rəsmən göründüyündən daha mürəkkəb və  çoxqatlıdır...”
“Lavrovun Qarabağa aid heç bir planı yoxdur...”



Rusiyalı politoloq Modest Kolerov işğalçı ölkənin  “168” Jam qəzetinə  müsahibəsində  Qarabağ məsələsinin həlli prosesinə toxunub.

Moderator.az xəbər verir ki, bu haqda Ermənistandakı saytlar məlumat yayıb.

“Biz çoxdan görmüşük və  hamımız bilirik ki,  Qarabağ barədə ikitərəfli danışıqların intensivliyi,  uzun müddət davam etməsi  qeyri-formal bir gündəmin  oduğunu göstərir. Bu, qeyri-rəsmi gündəmdir - böyükdür, iridir, bütün kənar tərəflərdən gizli saxlanılır. Və güman etmək olar ki, Ermənistanla Azərbaycan arasındakı real ikitərəfli münasibətlər rəsmən göründüyündən daha mürəkkəb və  çoxqatlıdır”-deyə ermənipərəst politoloq bildirib.  

O, həmçinin qeyd edib ki, Azərbaycan  XİN rəhbəri Elmar Məmmədyarovun iddia etdiyi kimi, Rusiyanıın baş diplomatı S.Lavrovun  Qarabağa aid heç bir planı yoxdur.

"Bu, yalandır. Uzun, intensiv danışıqlar aparılır. Odur ki, Ermənistan Azərbaycanı təcavüzdə günahlandırmır. Ona görə də uzun sürən intensiv danışıqlar davam edir"-deyə M.Kolerov həyasızcasına  hüquqi ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal ediilmiş Azərbaycanı  təcavüzdə günahlandırmağa çalışıb.

Sultan Laçın
Tarix: 22-12-2019, 13:29
Xəbəri paylaş





Xəbər lenti