Azərbaycan Prezidenti Rusiyaya - Ermənistan Prezidenti Qarabağa yollandı...-FOTO+VİDEO-YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyevin MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak üçün Rusiyaya yollandığı bir vaxtda işğalçı Ermənistan bir daha “sülh danışıqlarına sadiqliyini” nümayiş etdirdi.
Moderator.az xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumata görə, işğalçı ölkənin prezidenti Armen Sarkisyan növbəti dəfə Azərbaycan Respublikasının de-yure dövlət sərhədlərini pozaraq 30 ilə yaxındır işğal altında saxladıqları torpaqlarımıza ayaq basıb.
Arvadı ilə birlikdə Xocalı hava limanına vertolyotla enən A.Sarkisyanı separatçı-terrorçu rejimin oyuncaq başçısı Bako Saakyan qarşılayıb. Məlumatda erməni rəhbərlərin biri-biri ilə "dostcasına" "nə var-nə yox" deyərək görüşüblər...
P.S.... Yaxşı ki, bu 3 nöqtəmizi-filanı əlimizdə saxlaya bilmişik...