“Ana Vətən” partiyası deputatlığa namizədlərini açıqladı - Kimlər var?
Daha bir partiya - millət vəkili Fəzail Ağamalının sədrlik etdiyi Ana Vətən Partiyası (AVP) da öz namizədlərini elan edib.Etikxeber.az-ın əldə etdiyi məlumata görə, bu gün partiyanın Mərkəzi Şurasının iclası keçirilib və AVP-nin parlament seçkilərində iştirak edəcək namizədləri təsdiqlənib.
Qeyd edək ki, namizədliyi real görünənlər arasında Fəzail Ağamalı, sabiq maliyyə naziri Fikət Yusifov, jurnalist Jalə Mütəllibova, ictimai-siyasi fəal Arzuman Abdulkərimov və digərləri var.
Ümumilikdə partiya 60 namizədlə seçkilərə qatılacaq.
Namizədlər arasında F. Ağamalı, F. Yusifov, Jalə Mütəllimova, Yalçın Hacızadə, Arzuman Abdulkərimov və digərləri var.
Tarix: 21-12-2019, 13:08