İlham Əliyev Paşinyanla görüşməyəcək






Bu gün-dekabrın 20-də Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclası və MDB ölkələrinin qeyri-rəsmi sammiti keçiriləcəkdir. 

Son vaxtlar adətən bu görüşlərdə Azərbaycan dövlət başçısı İlham Əliyevin  Ermənistanın baş naziri Nikol Paşinyanla qeyri-rəsmi görüşləri və ya ayaqüstü söhbətləri baş verib. Bu dəfə Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü nəzərdə tutulmayıb, ancaq  hər iki dövlət başçısının iştirak edəcəyi rəsmi şam süfrəsi olacaq. Bu barədə Azadlıq Radiosunun erməni xidmətinə Ermənistanın baş nazirinin mətbuat katibi Vladimir Karapetyan məlumat verib.

Xatırladaq ki, Paşinyan və Əliyevin son görüşü oktyabr ayında MDB ölkələri liderləri şurasının iclası çərçivəsində Aşqabadda baş tutub. Bundan əvvəl iki ölkənin liderləri martın 29-da Vyanada görüşmüşlər.

P.S. Rusiya mətbuatının verdiyi məlumata görə sammitdə Rusiya-Belarusiya birgə dövlət ittifaqının yaradılması məsələsi də həll oluna bilər.
Tarix: 20-12-2019, 13:42
Xəbəri paylaş





Xəbər lenti