“Donbass Dağlıq Qarabağa oxşamağa başlayıb” - AÇIQLAMA


“Donbass Dağlıq Qarabağa oxşamağa başlayıb” - AÇIQLAMA

Bu gün Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycana səfərə gəlir.

Səfər çərçivəsində Ukrayna və Azərbaycan arasında prioritet sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinə yönəlmiş bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.  

Cebhe.info-ya açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, bu görüş zamanı iki dövlətin ərazi bütövlüyü məsələləri müzakirə olunacaq:

“Ukrayna ilə iqtisadi münasibətləri daha yüksək səviyyəyə qaldırmaq olar. Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynada böyük yatırımları var. Bundan başqa Ukraynada Azərbaycanın böyük diasporu mövcuddur. Ukrayna çox istəyir ki, Azərbaycan oradakı investisiyalarını artırsın. Bizim də buna imkanımız var. 

Bizi birləşdirən digər məsələ isə ərazi bütövlüyü məsələsidir. Ukrayna Dağlıq Qarabağ məsələsində birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Azərbaycan isə Krımı Ukrayna ərazisi kimi tanıyaraq onun ərazi bütövlüyünü dəstəkləyir. Düşünürəm ki, Bakıdakı görüş zamanı yekun bəyanatda bu məsələlərə də toxunulacaq. Çünki Donbass məsələsinin uzanması Dağlıq Qarabağa oxşamağa başlayıb”.

Tarix: 16-12-2019, 15:24
Xəbəri paylaş





Xəbər lenti