Rusiya-ABŞ münasibətləri elə bir dərin böhran vəziyyətindədir ki, hətta Xarici İşlər naziri Sergey Lavrovun səfəri belə vəziyyəti dəyişməyə və müsbətə doğru yönəlməyə kömək etmədi.
Bu barədə Prezident Vladimir Putinin mətbuat katıbı Dmitri Peskov deyib.
“Optimizm üçün hər hansısa bir səbəbin olduğunu düşünmürəm”, - deyə Peskov bildirib.
Xatırladaq ki, Sergey Lavrov dekabrın 10-da Vaşinqtona səfər edərək ABŞ Dövlət katibi Mayk Pompeo və Prezident Donald Trampla görüşüb. (Axar)