Rusiya və Belarus birləşir...


İki slavyan ölkəsi birləşdi

İttifaq dövlətinin inkişaf etdirilməsi çərçivəsində Rusiya və Belarus prezidentləri ortaq hökumət və parlamentin yaradılması barədə ilkin razılığa gəlib.

Cebhe.info-nun məlumatına görə, bu barədə Rusiya federasiyasının Belarusdakı fövqəladə və səalahiyyətli səfiri Vladimir Semaşko açıqlama verib.

O bildirib ki, Vladimir Putin və Aleksandr Lukaşenko arasında əldə olunmuş razılaşma iki ölkənin iqtisadi sistemlərinin 2021-ci il yanvarın 1-dən etibarən birləşdirilməsini nəzərdə tutur.

Onun sözlərinə görə, hakimiyyət orqanlarının birgə fəaliyyəti hər iki dövlətin müstəqilliyini qorumaq şərti ilə müəyyən idarəetmə funksiyalarının təhvil verilməsindən ibarət olacaq. Bundan əlavə, İttifaq Dövləti haqqında 1999-cu il sazişi vahid vergi qanunvericiliyinə keçid, vahid neft, qaz və elektrik bazarlarının yaradılmasını da nəzərdə tutur.

Dövlət başçıları əzəmətli adlandırdıqları bu məqsədlərdən yayınmamaq barədə razılığa gəlib.

Qeyd edək ki, ittifaq dövlətinin yaradılmasına dair 1999-cu ildə imzalanmış sazişə əsasən, Ali Dövlət Şurası, vahid  parlament, Nazirlər Şurası və İttifaq Dövlətinin Hesablama Palatasının yaradılmalıdır. 

Siam.az

Tarix: 30-11-2019, 15:02
Xəbəri paylaş





Xəbər lenti