Ümid Partiyası növbədənkənar seçkiyə görə Ali Məclisin sessiyasını çağırdı

 
Bu gün Ümid Partiyası Rəyasət Heyətinin toplantısı keçirilib.
Partiyanın mətbuat xidmətindən musavat.com-a bildirilib ki, toplantıda növbədənkənar parlament seçkilərinin keçirilməsi müzakirə olunub.
Rəyasət Heyəti üzvlərinin hər biri seçkilərin keçirilməsinə öz münasibətini açıqlayıb. Regionda və ölkə daxilindəki mövcud siyasi situasiya, partiyanın seçkiyə hazırlığı, digər müxalif partiyaların növbədənkənar parlament seçkilərinə ilkin reaksiyaları müzakirə olunub.
Geniş müzakirələrdən sonra Ümid Partiyasının Rəyasət Heyəti Ali Məclisin sesiyasının çağırılması və seçki məsələsinin müzakirə edilməsinə qərar verib.
Qeyd edək ki, Rəyasət Heyəti seçkidə iştiraka müsbət yanaşır və bunu Ali Məclisə müzakirə üçün tövsiyə edir.
O cümlədən, Ümid Partiyası Rəyasət Heyəti cəmiyyətdə aktivliyin, siyasi proseslərdə dinamikanın artırılması və parlament seçkilərinin ölkənin siyasi-ictimai həyatında mühüm bir hadisə olduğunu nəzərə alaraq, bütün müxalif partiyaları seçkidə iştirak etməyə və demokratik seçki nəticələri üçün funksional əməkdaşlığa dəvət edib./Musavat.com/

Tarix: 29-11-2019, 14:56
Xəbəri paylaş





Xəbər lenti