Keçmiş səhiyyə naziri Əli İnsanovun bir neçə gün əvəvl yaradılması üçün təşkilat komitəsini elan etdiyi Haqq Ədalət Partiyasının (HƏP) “sıraları” seyrəlir.
Artıq Əli İnsanov özü də 2 üzvün hələ yaradılmamış partiyanın Təşkilat Komitəsindən istefa verdiyini təsdiqləyib.
Cebhe.info xəbər verir ki, Əli İnsanov bu barədə danışarkən “Təşkilat Komitəsinin iki üzvü artıq istefa verib, bizdən ayrıldıqlarını bəyan ediblər”,- deyib.
Xatıradaq ki, söhbət 15 nəfərlik Təşkilat Komitəsinin üzvü olduqları bildirilən Milli Qəhrəman anası Qalibə Budaqova və hüquqşünas, vaxtilə Masallı rayon Məhkəməsinin sədri və Baş prokurorunun köməkçisi vəzifələrində çalışan Mirədalət Talışxanovdan gedir. Onlar hər ikisi Əli İnsanovun yaratmağa başladığı partiyada təmsil olunmayacaqlarını bildiriblər.