“Jurnalist səfərlərinin yalnız bir faydası ola bilər, o da budur ki...”


Tofiq Zülfüqarov: “Qarabağ probleminin həlli yolu hamıya bəllidir”




Xəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərləri cəmiyyətimizdə birmənalı qarşılanmış deyil.

 

Maraqlıdır, jurnalist səfərlərinin Qarabağ probleminin həllinə hər hansı faydası ola bilərmi? Diplomatik müstəvidə həlli dalana dirənən problemi jurnalist səfərləri hesabına həll etmək nə dərəcədə məntiqli və inandırıcı görünür?

 

Moderator.az-a açıqlama verən sabiq XİN rəhbəri Tofiq Zülfüqarov probemin həlli yolunun Azərbaycan ictimaiyyətinə bəlli olduğunu vurğuladı:

 

“Konfiliktin həlli yolu hamıya bəllidir. Azərbaycan ictimaiyyəti bu yolu çox yaxşı görür. Təbii ki, işğal edilmiş ərazilərin azad edilməsi baş verməsə, o zaman problemin öz həllini tapması, münaqişənin nizamlanması mümkün deyil. Bu, bəllidir. Bu, həm Azərbaycan dövlətinin, həm də Azərbaycan ictimaiyyətinin mövqeyidir.

 

Görünən odur ki, Ermənistanda həm rəsmi dairələdə, həm də ictimaiyyətdə  reallıqdan uzaq mövqe var. Onlar heç bir potensiala malik olmadan düşünürlər ki, işğal edilmiş əraziləri saxlaya bilərlər. Bəlkə də onların Azərbaycanın indiki durumu, vəziyyəti ilə Ermənistanı müqayisə etmələri məqsədəuyğun olar. Jurnalistərin səfərləri yalnız bu baxımdan faydalı ola bilər. Qalan digər baxımdan bu səfərlərin hər hansı faydası olmayacaq.

 

Problemin həllini istəyiriksə, o zaman reallığa əsaslanan baxış tətbiq etməyimizə ehtiyac var”.

 

Siam.az

Tarix: 26-11-2019, 08:23
Xəbəri paylaş





Xəbər lenti