Heç vaxt bitməyən asılılıq: “Strateji müttəfiqlik"dən əbədi əsarətə doğru!


Natiq Miri: “Asılı dövləti idarə etmək daha asandır və heç bir fövqəlgüc bu asılığın bitməsində maraqlı deyil”




Rusiyanın zaman-zaman Ermənistana dəstək verdiyi, bu ölkədə bir sıra layihələri maliyyələşdirdiyi, habelə müxtəlif silahlar almaq üçün işğalçı ölkəyə kreditlər verdiyi kimsəyə sirr deyil.

 

Bu günlərdə Rusiya mediasında Kremlin qarşıdakı illərdə Ermənistanın enerji sektorunda yeni layihələrə imza atacağı ilə bağlı məlumatlar yer almaqdadır. Ermənistan hərbi sənayesinin güclənməsi istiqamətində də Rusiyanın bəzi addımlar atacağı ehtimal olunur.


Moderator.az-a açıqlama verən politoloq Natiq Miri hesab edir ki, Rusiyann Ermənistana verdiyi dəstəyin arxasında bu ölkəni Kremldən daha çox asılı vəziyyətə salmaq siyasəti dayanır:

 

“Rusiya-Ermənistan münasibətləri və bu münasibətlər fonunda Moskvanın ermənilərə verdiyi dəstəyin arxasında bu ölkəni Kremldən daha çox asılı vəziyyətə salmaq siyasəti dayanır. Çünki Rusiya başa düşür ki, Ermənistan ondan nə qədər asılı vəziyyətə düşsə, bu aslılığın miqyası nə qədər böyük olsa, onu idarə etmək bir o qədər də asan olar. Məhz bu səbəbdən də Rusiya imkan daxilində Ermənistanın asılılığını artırmağa, onu özündən daha çox asılı vəziyyətə salmağa çalışır. Başqa sözlə desək, Rusiya digər fövqəldövlətlər kimi bu asılılğın azalmasında deyil, əksinə, artmasında maraqlıdır. Bu isə o deməkdir ki, Ermənistan üçün Rusiyanın asılılğından, təsir və təzyiqindən xilas olmaq elə də asan olmayacaq”.

 

Xatırladaq ki, Ermənistan zaman-zaman Rusiya ilə münasibətlərə mühüm önəm verdiklərini bildirib və bu münasibəti “strateji müttəfiqlik” kimi dəyərləndirib. 

 Siam.az

Tarix: 25-11-2019, 09:10
Xəbəri paylaş





Xəbər lenti