Azər Qasımlı ReAl-dan gedir?- “Rəhbər qurumlarda olanların arasında ziddiyyət var”- Erkin Qədirli


Azər Qasımlı ReAl-dan gedir?- “Rəhbər qurumlarda olanların arasında ziddiyyət var”- Erkin Qədirli

“Azər Qasımlının ReAl-dan getdiyinə dair yazılar (məqalələr, statuslar, şərhlər və s.) yalandır. Bununla bağlı gözləntilərin də gerçəkliklə əlaqəsi yoxdur. Azər bəy ReAl-dan getmək istəyərsə, bu, onun şəxsi qərarı olacaq. Hərçənd, mən onun belə bir qərar verəcəyini gözləmirəm və arzulamıram. Azər Qasımlı ReAl üçün çox önəmli və dəyərli adamdır. Onun getməsi ReAl üçün böyük itki olacaq, odur ki, ReAl-da bunu kimsə istəmir”.

Cebhe.info xəbər verir ki, bunu Erkin Qədirli deyib.

Onun sözlərinə görə, ReAl üzvləri, o cümlədən onun rəhbər qurumlarında olanların arasında ziddiyyət var:  “ReAl-ın özəlliyi də ondadır - ziddiyyətlər üzərində qurulub. ReAl-ın rəhbər qurumlarında olanların arasında həm düşüncə, həm xasiyyət uyğunsuzluğu var (ara-sıra üzə çıxır). Belə şeylərə alışmayanların ReAl-ın buna görə parçalanacağını gözləməsi, bununla bağlı dedi-qodu yayması əbəsdir.

2014-cü ildə mən ReAl-ın məclis başqanlığından çıxarılanda, çoxları sevincək olmuşdu. "ReAl dağılır", "Erkin ReAl-dan gedir" sayağı yazılar, telekanallarda bununla bağlı "xəbərlər" getmişdi. Elə bildilər ki, mən küsüb gedəcəyəm, ReAl-a qarşı danışmağa başlayacağam və s. Odur ki, Azər Qasımılıyla bağlı belə dedi-qoduların olması məni təəccübləndirmir. Hərçənd, məndən fərqli olaraq, Azər bəy vəzifəsindən çıxarılmayıb, Məclis qərarının mənası (məqsədi) tamam başqadır.
Yeni qurultay olacaq. ReAl parlament seçkilərinə gedəcək”.


Tarix: 5-11-2019, 21:07
Xəbəri paylaş





Xəbər lenti