"Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilməyəcək".
Cebhe.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsinə münasibət bildirərkən deyib.
O bildirib ki, həmin seçkilərin keçirilmə vaxtı Azərbaycan Konstitusiyasında müəyyənləşib: "Bu il isə Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək. Ölkədə gələn il növbəti parlament seçkiləri baş tutacaq".