Lənkəran Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Qabil Həsənovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 6 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Qeyd: Qabil Həsənov Şirvan şəhərində yerləşən MMC-lərdən birində nəzarətçi işləyib.
İttiham aktına əsasən, təqsirləndirilən şəxs şirkətdə işlədiyi müddətdə qulluq mövqeyindən və rəhbərliyin ona göstərdiyi etibardan sui-istifadə edib. Onun əsas vəzifələrindən biri şirkətə yük avtomobilləri ilə gətirilən xammalın çəkisinin tərəzidə yoxlanılmasına nəzarət etmək və müəyyən edilmiş çəkiyə uyğun olaraq ödəniləcək məbləğin hesablanmasını təmin etmək olub.















