Moskva Kremlin türk keçmişi niyə gizlədilir?
Tanınmış hüquqşünas, Qarabağ Qazisi Vüqar Dadaşov Moskva Kremlinin tikintisinin tarixi və ümumiyyətlə slavyanlara o cümlədən ruslara türk təsiri ilə bağlı fikirlərini oxucularımıza təqdim edirik.“Qərb dünyasının və rusların İllərlə türk böyüklüyümüzü unutdurmağa yönəldilmiş və hər biri axır nəticəyə hesablanmış türkəfobiya dövrümüzdə də davam etməkdədir. Bir tarixi faktı yada salsaq yerinə düşər baxmayaraq ki, bu tarix yüz illərlə gizlədilmiş və məqsədyönlü unutdurulmuşdur.
Əvvəla qeyd edim ki, slavyanların o cümlədən rusların tarixinə, eləcə də Kiyev rus dövlətinin idarə sisteminə Xaqanlığın tətbiqi, türklərlə slavyanların o cümlədən rusların genetik oxşarlığı barədə “Monqol-Tatar Xaqanlığının indiki monqollara heç bir aidiyyəti yoxdur” adlı məqaləmdə tarixi faktları oxucularımıza təqdim etmişəm. Həmin və digər tarixi faktların gizlədilməsi “rus dövlətçiliyinin və etnosunun qədimliyini” əsaslandırmağa hesablanmışdır.
Belə tarixi faktlardan biri də Rus knyazı Dimitri Donskoyun Şirvan Şahı Şeyx İbrahimə yazdığı müraciət əsasında dünya şöhrətli memar Əliş bəy Kərimlinin Moskvaya dəvət olunması və Kremlin memarı olmasıdır. Şirvan Şahı Şeyx İbrahimin xeyir duası ilə 1367-ci ildə Moskvaya yollanmış Əliş bəy Kərimli indi biz onu Kremli kimi tanıdığımız möhtəşəm saray kompleksinin baş memarı və layihə rəhbəri kimi fəaliyyət göstərərək tikintini vaxtında başa çatdırmışdır. 1371-ci ildə tikintini başa çatdıqdan sonra Əliş bəy Kərimlinin təntənəli yola salma mərasiminin sonunda namərdcəsinə arxadan zərbə ilə qətlə yetirilmiş və oradaca dəfn edilmişdir. Bu qətili törətmək də məqsəd dünya şöhrətli möhtəşəm tikili kompleksi Kremlin azəri türkünə bağlılığını tarixdən silmək idi. Möhtəşəm tikinti kompleksinin “Kremil” adlandırılması da məhz onun yaradıcısı memar Əliş bəy Kərimli ilə bağlıdır, yəni Kremil sözü Kərimli sözünün azca dəyişmiş formasıdır,“kerimli” “kremli” “kremil”.
Yeri gəlmişkən qeyd edək ki, indiki Rusiya ərazisində və siyasi tərkibində yerləşən türk mənşəli Tatarıstanın paytaxtı Kazan şəhərində Kazan Xanının iqamətgahı və müdafiə məqsədli kompleks də Kazan Kremli adlanır. 1552-ci ildə Kazan xanlığı rus çarı IV İvan Qrozni tərəfindən məğlub edildikdən sonra çarın əmri ilə Kazan xanının iqamətgahı olan müdafiə məqsədli kompleksdə bərpa və təmir işləri aparılmış və həmin kompleks Kazan Kremli adlandırmışdır. 1552-ci il Kazan xanlığının süqutuna qədər indi Kazan Kremli kimi tanıdığımız kompleks türk-tatar dilində “Kirməne” adlanırdı.
Eləcədə Rusiya ərazisində yerləşən digər komplekslər də məsələn Novqorod Kremli (XV-XVII əsr), Pskov Moskva Knyazlığına tabe olandan sonra 1510-cu ildən sonra Pskov müdafiə məqsədli qala kompleksi də Pskov kremli adlanmışdır.
Heç bir rus ədəbiyyatında və heç bir mənbədə “Kreml” sözünün yaranma tarixi, mənşəyi və mənası tutarlı izah edilmir. Əgər biz Kiyev Rus dövlətini sonrakı rus knyazlığının, imperiyasının və müasir Rusiyanın əcdadı və ya ilki hesab ediriksə bəs onda niyə indiki Ukrayna ərazisində yəni Kiyev Rus dövləti ərazisində “Kreml” adlı bir toponiminə rast gəlirik. Bu bir daha sübut edir ki, “Kreml” sözü slavyan və ya rus mənşəli deyil. İndiki Rusiya ərazisində “Kreml” kimi tanıdığımız komplekslər hamısı Əliş bəy Kərimlinin memarı olduğu Moskva kremlindən sonra regionlarda müdafiə məqsədli komplekslər “Kreml” adlanmışdır. Moskva Kremli həmin tipli komplekslərin ən böyüyü, möhtəşəmi və ən qədimisidir. Həmvətənimiz Əliş bəy Kərimli rus tarixinə silinməz iz qoyması tarixi faktlarla təsdiqlənir və gizlədilməzi və tarixdən silinməsi mümkün deyildir ”.
Siam.az
Tarix: 1-05-2019, 08:06