Donald Tramp hakimiyyəti İrana daha çox sanksiya tətbiq edərsə, ABŞ yeni müharibəyə sürüklənə bilər.
Siam.az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə Amerikanın “New York Times” qəzeti yazıb.
“Tramp İrana daha çox sanksiya tətbiq etmək istəyir. Bu, bizi müharibəyə sürükləyə bilər” başlıqlı məqalədə İrana tətbiq oluna biləcək sanksiyalar və onların təsirlərindən danışılır.
Məqalədə Trampın keçən il Livan Hizbullahına gedən fondu kəsmək üçün İran benzininə sanksiya tətbiq edərək Çin, Hindistan, Türkiyə, Cənubi Koreya və Yaponiya kimi böyük alıcı ölkələri istisna olmaqla nəbz yoxladığı deyilir.
Həmçinin rəsmi Tehranın bu sanksiyalara səssiz qalmasından güc alan Trampın indi də adı çəkilən ölkələrə İrandan benzin almağı dayandırmaq üçün təzyiq göstərməyə başladığı bildirilib.
Yazıda Tramp hakimiyyətinin İsrail və müttəfiqləri adına bölgədəki fəaliyyətlərinə görə İranı cəzalandırmaq istədiyinə diqqət çəkilib.
“ABŞ hakimiyyəti Tehranı nüvə fəaliyyəti mövzusunda keçmiş prezident Barak Obama rəhbərliyindən daha qəti şəkildə nəzarət altında saxlamağa çalışır”.
Məqalədə İrana artaraq tətbiq edilən sanksiyaların ABŞ üçün təhlükəli həddə gəldiyi deyilir. “Bu qıcıqlandıran sanksiyalar İranı yenidən böyük ölçülü uran zənginləşdirməyə, amerikalılara hücum ehtimalına yol aça, ABŞ-ı yeni bir Orta Şərq müharibəsinə doğru sürükləyə bilər”.
Məqalədə Tehran hakimiyyətinin sanksiyalara qarşı ilk mərhələdə Trampın yenidən seçilməyəcəyi ümidi ilə gələcək 18 ay gözləməyi seçdiyini, əks təqdirdə isə İranın sərt cavab verə biləcəyi deyilir. Bu halda isə Trampın bu hücumları görməzdən gəlmək və ya cavab verərək yeni bir müharibənin başlaması arasında seçim etmək məcburiyyətində qalacağı iddia edilir.
“Tramp hakimiyyətinin qarşıdurmanı nəzərə almadığını düşünürük. Çünki bu hakimiyyət Tehrana çox dar seçimlər verir. Dövlət katibi Mayk Pompeo Ağ Evin müzakirələrə açıq olduğunu bildirir və Tehranın mövcud xarici siyasətindən tamamilə əl çəkməsi lazım gələn şərtlər siyahısı verir. Bu siyahıda İranın nüvə başlıqlı raket istehsalına və İsrailə düşmənçiliyinə son verməsi istənilən maddələr İranın Səudiyyə Ərəbistanı və digər regional ölkələrlə rəqabətinə görə arzulanan, amma reallıqdan kənar olan maddələrdir”.
Siam.az