İsgəndər Həmidovla bağlı sensasiyalı yazışma: “Qurban Məmmədovla danışdım, dedi ki...”- Xalq Hərəkatında nə baş verir?


İsgəndər Həmidovla bağlı sensasiyalı yazışma: “Qurban Məmmədovla danışdım, dedi ki...”- Xalq Hərəkatında nə baş verir? 

Yerli mətbuatda Azərbaycan Xalq Hərəkatı ilə bağlı sensassion xəbər yayılıb. 

Belə ki, hazırda İngiltərədə olan Qurban Məmmədovun hərəkatda olan şəxslərdən biri ilə yazışması üzə çıxıb. Qarşı tərəfin kimliyi açıqlanmayıb. Amma yazışmadan bəlli olur ki, hərəkatda qruplaşma var və kimlərsə sabiq daxili işlər naziri İsgəndər Həmidovun ətrafını parçalamaq istəyir. Bu, baş tutandan sonra isə nəzərdə tutulan plan İsgəndər Həmidova qarşı yönələcək. 

AĞ Partiya başqanı, Azərbaycan Xalq Hərəkatının İdarə Heyətinin üzvü Tural AbbaslıCebhe.info-ya açıqlamasında belə yazışma olsa belə, onu çox adi qarşıladığını bildirib: 

“Kimsə “word”da nəsə yazacaq və deyəcəksə ki, bu, kimlərinsə yazışmasıdır, bunu qeyri-ciddi, absurd və gülünc hesab edirəm. Belə saxta məsələləri ciddiyə almağı və reaksiya bildirməyi də məqbul saymıram. Belə də ki, kimsə kiminləsə yazışıbsa və nəsə deyibsə, onların şəxsi işidir. Özləri bilər. Kimsə yaza bilər ki, Turalı qovaq. Yəqin ki, kimlərinsə marağında olan məsələdir. İstənilən iki adam bir yerdə ola bilər və kiminsə fikri o birinin fikri ilə üst-üstə düşər. Bu, təbii bir şeydir. Amma bugünkü məsələlərə qiymət verəndə atılan addımın, edilən hərəkətin əsasnaməyə zidd və ya uyğun olduğu nəzərə alınmalıdır. Mən Qurban Məmmədovla bu barədə danışmışam. Bildirib ki, onun kiminləsə elə yazışması olmayıb. Amma belə bir yazışma olsa belə, mənim üçün qeyri-adi bir şey yoxdur. Bu məsələləri süni şəkildə şişirdirlər”. 

Xatırladaq ki, adı çəkilməyən şəxslə Qurban Məmmədovun yazışmasında “təmizləmə əməliyyatına” əvvəlcə İsgəndər Həmidovun ətrafından başlamaq və daha sonra növbəni sabiq nazirə çatdırmaq nəzərdə tutulur. 

Tarix: 8-04-2019, 20:24
Xəbəri paylaş





Xəbər lenti