İşğalçını ram eləməyin tək yolu, uğurlu müharibənin 3 şərti


“Azərbaycanda Türkiyə hərbi bazalarını yerləşdirməyin vaxtı çatıb...”

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri tezliklə növbəti dəfə bir araya gələcəklər. Bu haqda Azərbaycanın baş diplomatı Elmar Məmmədyarov son Brüssel səfəri zamanı bildirib. Lakin görüşün vaxtı və yeri hələlik dəqiqləşməyib.

XİN başçılarının yeni görüşü barədə xəbər Ermənistanın müdafiə naziri David Tonoyanın prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın 29 mart Vyana görüşündən dərhal sonra Azərbaycanı yeni ərazi işğalı ilə hədələməsi və ona Bakıdan verilən adekvat reaksiyadan az sonraya təsadüf etməsi ilə maraq doğurur. O anlamda ki, İrəvanın davakar ritorikası fonunda yüksək səviyyəli, o cümlədən XİN rəhbərləri arasında sülh danışıqları aparmağın anlamı qalırmı?

Məntiqlidir ki, Elmar Məmmədyarov Brüsseldə Avropa Birliyi rəsmiləri ilə keçirdiyi birgə mətbuat konfransında təşkilat yetkilələrinin diqqətini bu fakta yönəldib. “Yeni Müsavat”ın məlumatına görə, Azərbaycan XİN başçısı “Ermənistan Dağlıq Qarabağ konfliktinin həllində yeni çətinliklər yaradır” deyib. Onun sözlərinə görə, belə yanaşma sülh prosesinə çaşqınlıq gətirir.

“Biz Vyana görüşünü təzəcə başa çatdırmış, ”3+2" bəyanatını dərc etmişik. Bundan 3 saat sonra isə Ermənistanın müdafiə naziri bəyan edir ki, “məndə ”sülh əvəzinə ərazi" yox, “müharibə qarşılığında yeni ərazi işğalı” formulu var. Bu da çaşqınlıq yaradır. Bir tərəfdən bizdə pozitiv ovqat var, başqa yandan isə Ermənistanın müdafiə naziri yeni əngəllər yaradır. Bu, bizim üzərində işləməli olduğumuz problemlərdən biridir. Fikrimcə, onlar tezliklə başa düşəcəklər ki, anneksiya siyasəti, separatizm beynəlxalq münasibətlərdə işləməyəcək".

*****

Təbii ki, işğalçı ölkənin sərsəm ambisiyalarını cilovlayan ən güclü faktor Azərbaycan Ordusudur. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun son müsahibəsi bu xüsusda diqqət çəkir. Ələlxüsus da onun “Ermənistan ordusu hücuma keçsə, Toniyanla İrəvanda görüşəcəyik” sözləri düşmənin ağla gəlməsi üçün “soyuq duş” effekti sayıla bilər.

zakir hÉsÉnov aztv ile ilgili görsel sonucu

“Azərbaycanın dünyanın ən güclü orduya malik dövlətləri sırasında 52-ci yerdə olması özlüyündə Ermənistana bir cavabdır”. Bunu axar.az-a Zakir Həsənovun Azərbaycan ordusunun düşmənə istənilən an öldürücü zərbə vura biləcəyi ilə bağlı açıqlamasını şərh edən politoloq Tofiq Abbasov deyib.

“Ermənistan son vaxtlar hədələyici bəyanatları ilə Azərbaycana psixoloji təsir göstərməyə çalışır. Ancaq Azərbaycanın dünyanın ən güclü orduya malik dövlətləri sırasında 52-ci yerdə olması özlüyündə Ermənistana bir cavabdır. Azərbaycan birmənalı şəkildə özünə güvənir və ordumuzun hazırıq səviyyəsi etibarlı şəkildədir. Ermənistan problemli vəziyyət yaratsa, müharibə qaçılmaz olacaq və bir çox dövlətlər ədalətli mövqeyimizi bundan sonra da dəstəkləməyə davam edəcəklər. Bu sırada Türkiyə də var” - o bildirib.

T.Abbasov bu fonda Azərbaycanda türk hərbi bazalarının qurulması məsələsinə də münasibət bildirib: “Türkiyə ilə münasibətlərimiz sınaqdan keçmiş və etibarlı münasibətlərdir. Ancaq hər hansı ölkə ilə strateji və hərbi əməkdaşlığımız həmin dövlətin Azərbaycanda hərbi baza yaratması anlamına gəlmir. Bu mənada Naxçıvanda türk hərbi bazalarının yerləşdirilməsi məsələsi hələ ki gündəmdə deyil”.

*****

Elxan ÅahinoÄlu ile ilgili görsel sonucu

Öz növbəsində politoloq Elxan Şahinoğlu bildirib ki, müdafiə naziri Zakir Həsənovun Azərbaycan ordusunun yüksək səviyyədə hazırlığı və düşmənə istənilən an öldürücü zərbə vura biləcəyi haqqındakı açıqlaması bir növ erməni nazir David Tonoyanın “biz işğalı genişləndirə bilərik” açıqlamasına cavabdır.

“Zakir Həsənovun son açıqlamasında belə cümlə də var: ”Biz indiki vaxtda müharibə şəraitində olan dövlətlərin təcrübəsindən istifadə edirik. Biz döyüş hazırlığında Türkiyənin təcrübəsindən istifadə edirik. Çünki qardaş ölkənin bu sahədə böyük təcrübəsi var". Göründüyü kimi, Zakir Həsənov Türkiyənin adını xüsusi çəkir. Zakir Həsənov sanki bununla demək istəyir ki, Ermənistan Rusiyanın hərbi təcrübəsindən istifadə edirsə, biz də Türkiyə təcrübəsindən istifadə edirik və edəcəyik. Çox yaxşı, sadəcə nəzər almaq lazımdır ki, Rusiyanın Ermənistanda hərbi bazaları var, Türkiyənin Azərbaycanda hərbi bazaları yoxdur. Bu məsələnin də həll etməyin vaxtı çatıb", - politoloq əlavə edib.

Tofiq Zülfüqarov musavat.com canlı yayım ile ilgili görsel sonucu

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə hesab edir ki, ermənilərin mövqeyinin müsbətə dəyişməsi üçün nəzəri baxımından üç variant mümkündür (teleqraf.com): “Birincisi, ermənilər ağıla gəlib işğalçılıq siyasətindən əl çəkməlidirlər. Bu, mümkün olan şey deyil. İkincisi, beynəlxalq ictimaiyyət onlara sanksiya tətbiq etməli, hansısa formada təzyiqlər göstərməli, işğala son qoymaq üçün hətta qoşunlar göndərməlidir. Bu da mümkün deyil. Üçüncü amil təbii ki, Azərbaycan dövlətinin, xalqın iradəsidir ki, torpaqları işğalçıya vermək niyyətində olmadığını nümayiş etdirsin. Bu amil əsasdır və hesab edirəm ki, həmişə də əsas olacaq”.

Ermənistan müdafiə nazirinin hədələrinə toxunan politoloq deyib: “Bəli, Tonoyan açıq şəkildə bəyan elədi ki, təzə əraziləri də işğal edəcəyik. Kim nə deyir-desin, bu, o deməkdir ki, danışıqların real nəticəsi yoxdur. Paşinyan da bu bəyanatı dəstəklədi və dedi ki, əksini desəydi, onu işdən çıxarardım. Burada hansısa ayrı fikir ola bilməz. Mən bir şeyi bilirəm ki, Azərbaycan xalqı və dövləti işğal altında olan torpaqları azad etmək niyyətindədir, nəinki təzə torpaq vermək. Əlbəttə, bu, cəfəng bəyanatdır. Hansısa böhranlara məruz qalmasalar belə, buna onların hərbi imkanları çatmaz. Ümumiyyətlə, istər Azərbaycanda, istərsə də başqa ölkədə müharibə aparmaq üçün üç amil vacibdir. Birincisi, daxili sabitlik, dövlət institutlarının normal fəaliyyəti, ikincisi, müdafiə imkanları, yəni silah sursat, təlim və sair. Üçüncüsü isə müharibə üçün beynəlxalq şərait”.

Bəs, Azərbaycan məsələnin həllində dönüş yaratmaq üçün hansı vasitələrə əl atmalıdır?

“Danışıqlar ümumi siyasətin davamıdır, özü-özlüyündə heç bir məsələni həll edə bilməz. Biz işğal olunmuş əraziləri azad eləsək, Ermənistan qoşunlarını torpaqlarımızdan rədd etsək, onda ermənilər özləri danışıqlar aparmaqda maraqlı olacaqlar. Ayrı səbəb görmürəm. Çünki bu, reallıqdır. Dövlət başçımız da onu dedi. Söylədi ki, təəssüflər olsun, beynəlxalq qanunlar işləmir, yeganə işləyən güc amilidir. Hesab edirəm ki, bundan açıq bəyanat vermək mümkün deyil”, - deyə sabiq diplomat əlavə edib.

Siyasət şöbəsi


Tarix: 6-04-2019, 09:22
Xəbəri paylaş





Xəbər lenti