“Böyük savaş”a xanımları da qatdılar: “Səmiha Yıldırıma baxanda…”- Dilək İmamoğlu


“Böyük savaş”a xanımları da qatdılar: “Səmiha Yıldırıma baxanda…”- Dilək İmamoğlu

Türkiyədə Böyük  Şəhər Bələdiyyəsi başqanlığı uğrunda Əkrəm İmamoğlu ilə Binəli Yıldırım arasındakı "savaş" a artıq xanımlar qatılıb. Cebhe.info xəbər verir ki, Əkrəm İmamoğlunun xanımı Dilək İmamoğlu Binəli Yıldırımın həyat yoldaşı Səmiha Yıldırım ilə birgə fotolarının sosial şəbəkələrdə yayılmasına qarşı çıxıb. Tənqid vasitəsi kimi bundan istifadəyə qarşı çıxan Dilək İmamoğlu müqayisənin qüsurlu olduğunu və buna yol verməyin mümkünsüzlüyünü bildirib: "Əgər təhqir və ya təqdir etdiklərini düşünürlərsə, bilməlidirlər ki, məni də aşağılayırlar".

Səmiha Yıldırımla fotolarının yan-yana qoyularaq əslində onların müqayisəsinin aparılmasının doğru olmadığını deyən Dilək İmamoğlu "Hörmətli Səmiha Yıldırıma baxanda anamı və ya bacımı görürəm. Onların da seçimi belədir. Ona görə də bu paylaşımda heç bir yaxşı niyyət görmürəm", - deyə vurğulayıb.

Tarix: 4-04-2019, 09:23
Xəbəri paylaş





Xəbər lenti