İranı müdafiə edən həmvətənlərim bizə dost olduğunu deyib duracaqlarmı?! — Aslan İsmayılov


"İranın Ermənistana və Qarabağ separatçılarına yardımları o həddə çatdı ki, Azərbaycan dövləti İrana nota verməyə məcbur oldu". 

Siam.az-ın xəbərinə görə, bu fikirləri tanınmış hüquqşünas Aslan İsmayılov qeyd edib.

Vəkil İranın Azərbaycan əleyhinə son addımlarından sonra ölkəmizdə olan qonşu ölkə tərəfdarlarının etiraz etmələrinə ümidlidir:

"Görəsən, İranı müdafiə edən həmvətənlərim yenə də İranın bizə dost olduğunu deyib duracaqlarmı?! İran hakimiyyətinin ikili oynadığını dilə gətirənləri isə sionist adlandırıb daş-qalaq etməyə davam edəcəklərmi?! Heç olmasa, indi İranın bizə qarşı olan bu addımlarına öz etirazlarını bildirərlər" - deyə A.İsmayılov qeyd edib.
"Demokrat.az"
Tarix: 11-08-2021, 22:44
Xəbəri paylaş





Xəbər lenti