Deputatlığa namizədlərin MSK-nın binası qarşısında oturaq aksiyası polis tərəfindən dağıdılıb
Bakı vaxtı ilə təxminən 20:00 radələrində Mərkəzi Seçki Komissiyasının binası qarşısında oturaq aksiya keçirən deputatlığa namizdələrin və fəalların aksıyası polis tərəfindən dağıdılıb. Amerikanın Səsinin müxbirinin verdiyi məlumata görə polis onları məcburi olaraq avtobusa mindirib. Saxlanılanlar arasında jurnalistlər də var. Bundan əvvəl hadisə yerinə gələn və özünü 5 saylı polis məntəqəsinin rəisi kimi təqdim edən şəxs oturaq etirazçıları dağılmağa çağırıb və onlara bu aksiyanın icra orqanları ilə razılaşdırılmadığını qeyd edib. 9 fevral parlament seçkisinin bəzi keçmiş namizədləri və fəalları "seçki nəticələrinin ləğv olunmasını" tələb ediblər. Öz növbəsində Musavat başqanı Arif Hacılı bildirib ki, MSK qarşısında dinc aksiyada xəsarət alanlar var. Müsavat Partiyasının seçkilərdə səlahiyyətli nümayəndələri Arzulla Buludlu, Əziz Məmiyev, bastainfo saytının baş redaktoru Mustafa Hajibeyli, Müsavat Partiyasından deputatlığa namizəd Elman Quliyev saxlanılıb. Saxlanılanlar sırasında deputatlığa namizədlər Rəbiyyə Məmmədova, İradə Cavadova, Fərhad Mehdiyev, Turqut Qəmbər və başqaları, çoxsaylı jurnalistlər var. Həbs olunanlar avtobuslara doldurularaq müxtəlif istiqamətlərdə aparılıb. Milli Məclisə seçkilər üzrə 10 saylı Binəqədi Üçüncü Seçki Dairəsindən deputatlığa namizəd Rəbiyyə Məmmədova fevralın 11-də Mərkəzi Seçki Komissiyasının binası qarşında seçki saxtakarlığına etiraz olaraq aksiya keçirib. Deputatlığa namizəd üzünü Mərkəzi Seçki Komissiyasının üzvlərinin oturduğu binaya tutaraq uca səslə “Şeytan karuselə cavab ver! Saxtakarlığa son!” şüarları səsləndirib. “Bunlar saxtakarlıq ediblər. Karuselin, saxtakarlıqların çoxsaylı video görüntüləri var. Deputatlığa namizədlərin üç gün şikayət etmək hüququ var. Mərkəzi Seçki Komissiyası şikayətləri araşdırmadan tələsik 125 dairə üzrə adamların adını açılqlayıb. 10 saylı Buinəqədi Üçüncü Seçki Dairəsində seçkilərin nəticələri ləğv edilməyincə MSK-nin qarşısında oturaq aksiya keçirəcəm. Heç yerə getməyəcəm. Şikayətlərə baxmadan saxtakarlıqla keçirilən seçkidə istədiklərini deputat elan ediblər. ”Onun sözlərinə görə, 10 saylı seçki dairəsindən təyin edilmiş deputat 30 ildir Milli Məclidə kreslonu zəbt edib. “O heç deputat kimi də heç bir iş görməyib. 10-cu seçki darəsində seçkilərin nəticələri ləğv edilməyincə MSK-nin qarşısında oturacam,” Rəbiyyə Məmmədova bildirib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə 10 saylı seçki dairəsindən keçmiş deputat Madər Musayev irəlidə gedir. Rəbiyyə Məmmədovanın aksiyasına digər deputatlığa namizədlər də qatılıb. Müsavat Partiyasının üzvü olan digər bir deputatlığa namizəd Elman Quliyev də ona qoşulub. Tapdıq Fərhadoğlu