"Borca və ya haram pula Qurban Bayramı qeyd olunursa, onda "Bayramınız mübarək" olsun"







Bu gün deyəsən müqəddəs Qurban Bayramı bayramıdır. Səhər tezdən şəhərə çıxıb bayram əhval ruhiyyəsinin olub olmaması ilə maraqlandım. Sadəcə şok keçirib qayıtmışam evə. Ona görə də HEÇ KİMİN Bayramını təbrik etmirəm. Bu sadəcə rusvayçılıq və başıpozuqluqdur. Yaxın dostum qurban kəsdirmək istəyirdi. Qiymətləri sorusduq. Qoyunun qiyməti sadəcə dilə gətiriləsi deyil. Kilosunu artıq 14 manatdan satırlar. Adi günlərdə 13 manatdan baha olmurdu...Diri qoyuna isə kilosu 7 manatdan "qiymət oxuyurlar". Diri çəkisi 20 kilo olan qoyuna 150 manat verib getdik Mirmövsüm Aga Ziyarətgahına. Qoyunun kəsiminə hər kəsdən 5 manat pul alırlar. 

Yarım saatdan sonra sənə sadəcə "ütülmüş" qoyunu goy salafan küloka qoyub verirlər. Qoyunun heç olmasa əvvəlki illərdə olduğu kimi 4 yerə bölünməsini xahiş etdik. Dedilər artıq bu işlə qarşı tərəfdə maşın dayanacağının içində... hansısa işbaz doğram yeri açıb. Pulunu ver qoyunu doğratdır. Lazım olmadı. Ziyarətgahdan 100 mert aralıqda bizə qoyunu artıq 5 manata deyil, 10 manata dogradıqlarını rəsmən elan etdilər. 

Bütün bunları ona görə ətraflı yazdım ki, Bakı şəhərinin rəhbəri Eldar Əzizov və Qafqaz Müsəlmanlarının ömürlük rəhbəri Hacı Allahşükür Paşazadənin özünün və yaxın ətrafının oxuyub nəticə çıxarması asan olsun.

Dəyərli dostlar. Ölkənin ən yüksək məvacib və təqaüd alan şəxsi kimi deyirəm ki, əgər mən normal Qurban kəsməyə çətinlik çəkirimsə, sadəcə maraqlıdır ki, yerdə qalanlar hansı halal pula və imkana "Bayram qeyd edirlər?!" 

Borca və ya haram pula Qurban Bayramı qeyd olunursa, onda "Bayramınız mübarək" olsun. 
Əslində isə ətrafda baş verənlərin fonunda, heç bir Bayram əhval ruhiyyəsi yoxdur. Gəlin yalandan özümüzü "bomba oğlan" və ya xanım kimi göstərmək üçün boğazdan yuxarı "ay müqəddəs bayramınız mübarək-filan yazmayaq". Ona görə də, üzürlü sayın ovqatınızı pozdumsa. 

İnşallah nə vaxt normal yaşam olar və insanlar üzdən yox, daxildən gülə biləcəklərsə, əsl Qurban Bayramını o vaxt qeyd edərik. Hələliksə, bu bayram bir qisim adamlar üçün adı müsəlman olub, amma əməlləri müsəlmançılığa yad olan talançı, yalançı, oğru, haramla arvad uşaq saxlıyanlar üçün qaz vurub qazan doldurmaq üçün unikal fürsətdir. Davam edin yoldaşlar və tovarişlər!!

Özü ilə çoxları o dünyaya yığdıqlarını da "aparıblar". Siz də aparacaqsınız....

Allah Azərbaycan xalqına və dövlətinə kömək olsun!!

Üzeyir Cəfərov, Hərbi ekspert
Tarix: 11-08-2019, 21:32
Xəbəri paylaş





Xəbər lenti