Eldar Əzizov Hacıbala Abutalıbovun "yolu" ilə gedir - ŞƏRH


Eldar Əzizov Hacıbala Abutalıbovun "yolu" ilə gedir - ŞƏRH

“Bakı Şəhər İcra Hakimiyyətində Hacıbala Abutalıbovun şəhər təsərrüfatı sahəsində qoyduğu ənənələri layiqincə davam etdirən təzə başçı bu ilin aprel ayında tender keçirib. Mayın 14-də 22,5 milyon manat dəyərində müqavilələr bağlayıb. İndi məlum olur ki, 10 milyonlarla manat pul ayrılan işlərin nə layihəsi var, nə də smetası”.

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Hafiz Babalı deyib.

O qeyd edib ki, Eldar Əzizov iyunin 19-da “Xalq” qəzetində http://xalqqazeti.com/az/news/25337 tez-tələsik bir elan verib:

“Bir vaxtlar professor Hacıbala müəllim də belə edərdi, əvvəl yolu qaşıdıb asfalt çəkdirərdi, üstündən az keçmiş qazdırıb asfaltın altında qalan köhnə su xəttini, kanalizasiya borusunu təzələyib, dübarə bir də asfaltlayardı. İşlər beləcə hər dəfə təkrarlanardı.

O vaxtlar layihə yox idi. Asfaltın vəziyyətini başçı ayaqqabısının dabanı ilə yoxlayıb “hə”, “yox” deyərdi. Hacıbala müəllim ixtisasca fizikdir və professor elmi adını bu "kəşfinə" və təcrübələrinə görə almayıb. Elə Eldar Əzizov da mühəndis deyil, köhnə komsomolçu tarixçidir və 20 ildən yuxarı şəhər idarəetməsində təcrübəsi olsa da belə, "xırda məsələdə", yəni "əvvəl layihə, sonra iş" prinsipində yanlışlığa yol verə bilər”.


Tarix: 29-06-2019, 14:21
Xəbəri paylaş





Xəbər lenti