Türkiyə İranla sərhədləri bağladı: səbəb koronavirus - son dəqiqə - FOTO

 

Türkiyə İranda ölümlə nəticələnən yeni tip koronavirus (Kovid-19) səbəbi ilə İranla bütün sərhəd qapılarını bağlayıb.

 

Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahreddin Koca canlı yayında məlumat verib.

 

 

 

111111111.jpg (28 KB)

Türkiyənin səhuyyə naziri Fahreddin Koca

Türkiyə İranla mövcud olan 3 sərhəd qapısı ilə yanaşı, Naxçıvanla sərhəd qapısını da tədbirlərə görə qapadıb. Bu tədbirlər təyyarə uçuşlarına da tətbiq edilib. İrandan Türkiyəyə uçacaq bütün reyslər ləğv olunub.

Qeyd edək ki, İranda yeni növ koronavirusdan ölənlərin sayı 8-ə, ümumi xəstə sayı isə 43-ə çatıb.


Tarix: 24-02-2020, 01:12
Xəbəri paylaş





Xəbər lenti