Məşhur şirkət Türkiyənin sirlərini oğurlamaqda ABŞ-a kömək edib - Foto
Hollandiyanın texnologiya nəhəngi “Philips”-in Türkiyədə şifrəli daxili danışıqların dinlənilməsi üçün ABŞ-a kömək etdiyi iddia olunur.
Reyting.az “Euronews”-a istinadla xəbər verir ki, Amerika və Almaniya kəşfiyyatlarının bütün dünyaya şifrəli rabitə cihazı satan “Crypto AG” şirkəti ilə bağlı qalmaqaldan sonra “Philips”-in köhnə işçisi kriptoloq Kees Yansen Türkiyəyə qırılması asan şifrələmə cihaz satıldığını söyləyib.
Yansen ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) “Philips”-dən necə faydalandığını izah edib. O, şifrəni sındırmaq üçün asanlaşdırdıqları cihazın “Aroflex” adlı bir teleks olduğunu və cihazın 1976-19 1982-ci illər arasında NATO üzvləri tərəfindən etibarlı rabitə kimi istifadə edildiyini bildirib.
Türkiyə hökuməti səfirliklərlə əlaqə qurmaq və onlardan daxili danışıqlarda istifadə etmək üçün NSA vasitəsilə bu cihazdan alıb.